Cəmiyyət

Mürəbbə ilin bütün fəsillərində immuniteti gücləndirmək üçün çox xeyirlidir - reportaj - VİDEO - FOTO

24 İyun 2020 07:41
2 Şərh     Baxış: 2 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bölgələrdə meyvə-tərəvəz yığımının davam etdiyi bu günlərdə çeşid-çeşid mürəbbə və kompot bişirərək qışa azuqə toplayanlar az deyil. Ənənəvi mürəbbədən başqa qoz, qızılgül, hətta badımcan və pomidordan da mürəbbə bişirib tədarük edənlər var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda mürəbbə bişirilməsinin qızğın çağıdır. Nənələrimiz, analarımız qışa mürəbbə, turşu və kompot tədarüklərini görürlər.

Son vaxtlar qarpız, qoz, qızılgül mürəbbələrinə tələbat var. Hətta badımcan, pomidor kimi tərəvəzlərdən də mürəbbələr hazırlanır.

Uzun illərdir yayda mürəbbə bişirən Tovuz rayon sakini Tamella Nəsibova da qış hazırlığına başlayıb. "İndi mürəbbə bişirməyin əsl vaxtıdır. Yetişən meyvələrdən - ərik, gilas, alça ilə yanaşı, gül, qoz, badımcan mürəbbəsi də bişiririk. Bu mürəbbələr ilin bütün fəsillərində immuniteti gücləndirmək üçün çox xeyirlidir," - deyə T.Nəsibova əlavə edib.

Sakinlərin sözlərinə görə, hər evdə azı 60-100 kiloqram mürəbbə, kompot, turşu və digər konservlər qablara yığılıb qış üçün saxlanılır. O ki qaldı mürəbbələrin faydalarına, qarpız mürəbbəsi mədə zəifliyinə qarşı və həzmi yaxşılaşdırmaq üçün çox faydalıdır. Zoğal soyuqdəymədə, zəncəfil mürəbbəsi isə bəlğəmə qarşı çox istifadə olunur. Badamdan hazırlanın mürəbbə isə öskürəyə qarşı çox yaxşı təsir göstərir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.