Cəmiyyət

Şəhla Bağırzadə: “Bəhramın vəziyyətində heç bir müsbət irəliləyiş yoxdur”

22 İyun 2020 15:10
Baxış: 3 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bəhram Bağırzadənin vəziyyəti ağır-stabil olaraq qalır, sadəcə, gözləyirik".

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

O bildirib ki, həkimlər əllərindən gələni etsə də, hələlik yaxşılaşma yoxdur:

"Təəssüf ki, Bəhramın vəziyyətində heç bir müsbət irəliləyiş yoxdur. Vəziyyəti əvvəlki qaydada, ağır olaraq qalır. Həkimlər bir müddət gözləməli olduğumuzu deyir. Müalicənin gedişatı ilə bağlı konkret nəsə demək üçün çox tezdir".

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. Vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.