Cəmiyyət

Əməkdar artist: “Həkimə getmədi, qızdırma içində boğula-boğula öldü”

12 İyun 2020 16:11
Baxış: 17 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist, aktyor Natiq Fərzəliyev yaxından tanıdığı iki həmkarının koronavirusa yoluxduğunu, bir dostunun isə dünyasını dəyişdiyini bildirib.

Milli.Az bildirir ki, Yenicag.az-a açıqalama verən aktyor koronavirusa inanmayan insanlara müraciət edərək, onları özlərini qorumağa səsləyib.

"Bir çox insanlar var ki, koronavirusa inanmır. Aktyor həmkarlarımdan ikisi koronavirusa yoluxdu. Şəfəq Əliyevam və yaxın dostum Sərvər Əliyev. Dərbənd Teatrının direktorunun qardaşı həkimə getmədi, evdə qızdırma içində boğula-boğula öldü. Ailəsi nə qədər etsə də, onu xəstəxanaya apara bilməyib. Virus var ki, bu qədər insanlar dünyasını dəyişir. Biz də yaradıcı heyət olaraq işə gemirik, tamaşalar da yoxdur. Bir yerə gedəndə də mütləq məsafə saxlayıram, tibbi qaydalara riayət edirəm. Qismətimizdə varsa, yoluxacağıq. Amma gərək özümüzü də qoruyaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.