Cəmiyyət

"Aviabiletlərin qiyməti beynəlxalq uçuşlar bərpa olunandan sonra müəyyən ediləcək"

11 İyun 2020 18:28
Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aviabiletlərin qiyməti beynəlxalq uçuşlar bərpa olunandan sonra müəyyən ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.

Onun sözlərinə görə, biletlərin qiymətindən danışmazdan öncə beynəlxalq uçuşlar başlanmalıdır: "Hazırda yeni qiymətlər barədə müzakirələr aparılmır. Uçuşlar başlayandan sonra bununla bağlı məsələ müzakirə olunacaq. Çünki uçuş zamanı yerlər məhdud olacaq, sərnişinlərə qoruyucu avadanlıqlar paylanacaq. Bu xərclər isə şirkətin üzərinə düşəcək. Amma AZAL, hələ ki, uçuşların qiymətinin bahalaşdırılması barədə düşünməyib"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.