Cəmiyyət

Həftəsonu karantin qaydalarını pozan 1443 sürücü məsuliyyətə cəlb edildi

8 İyun 2020 10:44
Baxış: 1 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) karantin qaydalarını pozan şəxslərlə bağlı məlumat yayıb.

Milli.Az bildirir ki, İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.06.2020-ci il saat 00:00-dan 08.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1443 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

Respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 135 və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1583 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.