Cəmiyyət

Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

5 İyun 2020 16:32
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 4 iyun 2020-ci il tarixli qərarına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC-nin müvafiq poçt şöbələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, qeyd edilən ərazilərdə yerləşən bütün poçt şöbələri, eyni zamanda Bakı və Sumqayıt şəhərlərindəki "Şəbəkə" xidmət mərkəzləri 5 iyun saat 14:00-dan 8 iyun saat 08:00-dək xidmət göstərməyəcək.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərindəki "Şəbəkə" xidmət mərkəzləri əvvəlki iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.