"Bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, yoluxmalar daha da artacaq" - Millət vəkilindən çağırış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əgər biz qoyulan qaydalara əməl etməsək, bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, şübhəsiz ki, yoluxmalar daha da artacaq.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, koronavirusla mübarizədə Azərbaycan artıq post-karantin dövrünə başlayıb və post-karantin dövrünə məhdudiyyətlərin bir qədər yumşaldılması, təəssüflər olsun ki, vətəndaşlarımız tərəfindən məsuliyyət hissinin azaldılması ilə müşahidə olunur.
Deputatın sözlərinə görə, son zamanlar yoluxmaların sayında artım müşahidə olunub:
"Bu, hər birimizi narahat etməlidir və düşündürməlidir. Zərərli meyillərdən biri də sosial şəbəkələrdə bəzi insanların "koronavirus epidemiyası yoxdur, bu, siyasi oyundur, bundan qorxmağa ehtiyac yoxdur" kimi düşmən cəbhəsinə xidmət edən çağırışların olmasıdır. Bu çağırışlar olduqca təhlükəlidir və insanları birbaşa xəstəliklə üz-üzə qoymağa, virusa yoluxdurmağa yönələn bir addımdır.
Hesab edirəm ki, biz bununla mübarizə aparmalıyıq, maarifçilik tədbirləri görməliyik, qınamalıyıq və eyni zamanda qanunvericilik səviyyəsində bu məsələni müzakirə etməliyik. İnsanları bu cür yanlış məlumatlandırmağa görə inzibati və cinayət məsuliyyəti ilə cəzalandırmaq haqqında düşünməliyik.
Digər bir məsələ bayram günlərində insanların daha sərbəst şəkildə toplaşması ilə bağlı çağırışlardır. Bunlar da doğru olmayan çağırışlardır və hər bir vətəndaşımız anlamalıdır ki, dövlət onların sağlamlığı üçün hər şeyi edir. Unutmayaq ki, koronavirusa qalib gəlmək hələ dünyanın heç bir ölkəsində mümkün olmayıb. Bu virusun tam dərmanı və ya vaksini tapılana qədər qoyulan qaydalara əməl etməliyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)





