Azərbaycanda mərhum aktyoru efirə dəvət etdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi televiziya jurnalistləri 1990-cı ildə vəfat edən Xalq artisti Hamlet Xanızadəni efirə dəvət etmək istəyiblər.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə bu barədə ona aktyorun qızı Aygün Xanızadə məlumat verib.
"Hamlet Xanızadənin qızı Aygün Xanızadə bir az əvvəl dedi, gəl, atamın adına açdığım Feysbuk səhifəsinə göndərilən mesajları sənə oxuyum. Maraqlı gəldi. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkirdim. Yazırlar ki, Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nolar, gəlin siz də iştirak edin. Hətta biri yazıb ki, mən Nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin".
Sənətkarın qızı atasının 30 il əvvəl dünyasını dəyişdiyini bildirdikdə isə bu şəxslər Aygün Xanızadədən onların kimliyini heç yerdə açıqlamamasını xahiş ediblər.
"Aygün xanım bəziləri ilə sərt danışıb. Xahiş ediblər ki, heç kimə deməyin, bizi işdən çıxararlar. Mən də ad yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar? Aygün cavab verəndə ki mənim atam 1990-cı ildə dünyasını dəyişib, dərhal söhbəti fırladırlar: niyə belə acıqlı danışırsınız, o, bizim üçün həmişə sağdır", - o qeyd edib.
Xatırladaq ki, Xalq artisti Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Görkəmli aktyorumuz 3 fevral 1990-cı ildə 49 yaşında, 20 Yanvar faciəsindən 13 gün sonra vəfat edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
XƏBƏR LENTİ
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb





