Cəmiyyət

Bakıda avtobusla qatarın toqquşduğu qəzada xəsarət alan Novruz öldü

24 Aprel 2020 09:20
0 Şərh     Baxış: 2 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2018-ci ilin oktyabrında Bakının Binə qəsəbəsində sərnişin avtobusu və qatarın toqquşması nəticəsində baş verən qəzada xəsarət alaraq komaya düşən Novruz Salmanov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, 23 yaşlı Novruz Binə qəsəbəsində 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində ağır xəsarət alan 30-a yaxın sərnişindən biri idi.

Yaxınlarının verdiyi məlumata görə o, hadisədən sonra ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Türkiyədə də xeyli müddət müalicə olunmağına baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, Novruz Salmanov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının məzunu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.