Cəmiyyət

Həbs yerlərində ödənişsiz psixoloji yardım təşkil ediləcək

8 Aprel 2020 22:14
0 Şərh     Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti "Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə" qərarda dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla həbs edilmiş şəxslər "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım alacaqlar.

Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardımın göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 aprel tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları"na uyğun həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.