Cəmiyyət

Azərbaycanın Rusiyadakı səfirliyi koronavirusla mübarizəyə ianə etdi

2 Aprel 2020 21:17
Baxış: 2 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

Səfirliyin mətbuat xidmətindən Milli.Az-a verilən mıəlumata görə, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq öz məvaciblərindən 3000 ABŞ dolları ianə ediblər.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min AZN yardım edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.