Məktəblərin yay tətili ləğv olunacaq? - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda ölkəmizdə mövcud vəziyyətlə əlaqədar məktəblilərin dərsdən tamamilə kənarda qalmaması üçün Təhsil Nazirliyinin tapşırığı ilə teledərslər yayımlanır. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, təhsil səviyyəsi yüksək olan bir çox ölkələrdə təhsil kanalı var. Ancaq bizdə bu təcrübənin yeni olması belə bir sual meydana çıxarır. Məktəblər açıldıqdan sonra da teledərslər davam edə bilərmi?
Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Kamran Əsədov - Ekspert: "Qardaş Türkiyədə bu proses başlayana qədər, yəni orada da tətil elan olunana qədər 6 TV vardır ki, həmin TV-də uşaqlar dərslər və dərslərdəki vacib məqamları müəllimlər izah edirdilər, bu təcrübə yarandı və mən düşünürəm ki, yay ayları ərzində dərsin davamlılığını, axarlılığını təmin etmək üçün mütləq şəkildə tele dərslər davam etdirilməlidir".
Elşən Qafarov - Ekspert: "Teledərslər vəziyyətdən çıxış yolu deyil və hər hansısa bir vəziyyəti düzəltmək iqtidarında deyil. Heç nə etməməkdənsə nəsə etmək prinsipi ilə baxdıqda qismən teledərslərin, belə deyək, hardasa bir fəaliyyət kimi, addım kimi dəyərləndirmək olar".
Təhsil Nazirliyindən isə bildirildi ki, bu məsələ hadisələrin gedişatına əsasən dəyərləndiriləcək. Lazım gələrsə, qiymətləndirilmə aparılıb qərar qəbul ediləcək.
Cəsarət Valehov - TN-nin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri: "Təhlillər aparılır. Təhlillər həm də ona görə aparılır ki, bizim bu uşaqların, şagirdlərin teledərs vastisəilə dərsi mənimsəməsi necə baş verir və bu proses tam bəlli olduqdan sonra və monitorinqlər aparıldıqdan sonra digər məsələlər üzərində qərar veriləcək".
Ancaq bəziləri teledərslərin yetərli olmadığını düşünür və itirilən dərs saatlarının yerinə yay tətilində dərs prosesinin davam etməsini məqbul hesab edir.
Kamran Əsədov - Ekspert: "Mən dünya təcrübəsindən sizə misal gətirim ki, heç bir halda şagirdlər yay tətili əzrində, yəni 56 gündən az tətildən qayıdıb dərsə gedə bilməzlər. Misal üçün, Rusiyada artıq tədrisin dayandırılması məsələsi müzakirə olunur. Eyni zamanda digər ölkələrdə də şagirdlərin artıq məktəbi bitmiş hesab etməsi müəyyənləşdirilir və bu zaman məktəbdaxili qiymətləndirmə zamanı onların 1-ci rübdə aldığı qiymətlər əsas götürməklə qiymət yazılacaq".
Təhsil ekspertləri, həmçinin bildirirlər ki, yay tətilində havanın temperatur göstəricisini nəzərə alsaq, bu baxımdan da yay tətilində dərslərin davam etməsi mümkün deyil.
Elşən Qafarov - Ekspert: "Dövlət konkret olaraq istər təhsil alanların istər təhsil verənlərin, ümumiyyətlə, cəmiyyətin bütün təbəqələrinin maraqlarını 1-ci növbədə nəzərə alacaq. Düşünmürəm ki, yay tətili bununla əvəz olunacaq və yaxud da hər hansı, deyək ki, təhsil alanların və ya təhsil verənlərin maraqları xaricində qərar qəbul olunacaq".
Təhsil Nazirliyindən isə bildirildi ki, yekun qərar mövcud gedişata bağlı olacaq. Bununla belə qurumun sözçüsü Cəsarət Valehov yay tətilinin ləğv olunmasına hazırda əsas görmədiyini dilə gətirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
XƏBƏR LENTİ
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)





