Cəmiyyət

Yaşı 65-dən yuxarı olan deputatlar sabahkı iclasda iştirak etməyəcəklər

29 Mart 2020 15:54
Baxış: 1 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədə koronavirusa görə tətbiq edilən karantin rejiminə görə, biz, 65-dən yuxarı yaşı olan deputatlar, Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında iştirak etməyəcəyik.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, əgər "Deputatların statusu haqqında" qanuna dəyişiklik təsdiq olunarsa və ölkədə tətbiq olunan karantin məhduyiyyətləri 65 yaşdan yuxarı deputatlar üçün aradan qaldırılarsa onda bu yaş kateqoriyasından olan deputatlar növbəti iclaslarda iştirak edəcək:

"Hazırda isə biz qoyulan qaydalara riayət etməli və eyni zamanda insanlara nümunə göstərməliyik ki, qaydalara əməl etmək lazımdır. Ancaq dediyim kimi, bizim üçün bu məhdudiyyət aradan qaldırılarsa, o zaman iclaslarda iştirak edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.