Cəmiyyət

Dezinfeksiyaya görə pul ödənməlidir? - BŞİH məlumat yaydı

29 Mart 2020 12:23
3 Şərh     Baxış: 4 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi şəxslər özlərini Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək paytaxtda pullu dezinfeksiya işləri təklif edirlər.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur:

"Bildiririk ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə, hüquq-mühafizə orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş edir.

Qaynar xətt: (012) 492-63-11".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.