Cəmiyyət

Nazirlik "Böyüklərimizə qayğı ilə!" adlı videoçarx hazırlayıb - VİDEO

27 Mart 2020 23:00
0 Şərh     Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün evlərində ehtiyac duyduqları sosial məişət xidmətləri ilə təmin olunurlar. Bunun üçün istənilən vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin və könüllülərin dəstəyindən faydalana bilirlər.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Milli.Az-a verilən məlumata görə, onlara istəkləri öyrənilməklə, ev işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. zəruri kömək göstərilir.

Hazırda tənha yaşayan 10 mindən çox yaşlı vətəndaş sosial məişət xidmətləri ilə əhatə olunub.

Bu mövzuda Nazirliyin hazırladığı "Böyüklərimizə qayğı ilə!" adlıvideoçarxı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.