Cəmiyyət

Basqalın səkkiz günə ərsəyə gələn səməni halvası - FOTO

27 Mart 2020 22:20
4 Şərh     Baxış: 4 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllının Basqal qəsəbəsində yaşayan Cahid Əliyev ata-babasından ona miras qalan halvaçı sənətini bu gün də davam etdirərək, dadlı səməni halvası bişirməklə məşğuldur. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Basqalın səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun yalnız təbii məhsullardan hazırlanmasıdır.

Halvaçı Cahid Əliyev deyir ki, səməni halvasının maraqlı və çətin bişirilmə texnologiyası var. 8 günlük səməni yuyulub, ət maşınında çəkildikdən sonra tənziflə sıxılaraq suyu alınır. Daha sonra səməni suyu unla qarışdırılaraq yoğurulur. Gur ocaq üzərinə qoyulan halva 8 saata yaxın növbəli şəkildə qarışdırılaraq bişirilir.

Bu halvanı yay fəslindən başqa ilin bütün fəsillərində bişirmək mümkündür. Amma səməni halvasının hazırlanması çətin proses olduğu üçün daha çox Novruz bayramında bişirilir.

Halvaçı deyir ki, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.

Basqal Qəsəbə sakini Rayihə Piriyeva isə bildirir ki, Basqal səməni halvasını ilin bütün fəsillərində bişirmək olar: "Sadəcə biz bu halvanı Novruz süfrəsində, çərşənbələrdə görməyə adət etmişik. Başqa şirniyyatlarla bərabər şəkərbura, paxlava, şorqoğalı ilə bərabər bu şirniyyat növü də bizim süfrələrimizi bəzəyir. Bundan əlavə, toy və nişan məclislərində, el şənliklərində bu halva süfrələrimizdə olur. Bizim özünəməxsus Basqal halvamız başqa yerlərdə bişirilən halvalardan istər görünüşünə, istərsə də dadına görə çox fərqlənir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.