Cəmiyyət

Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

25 Mart 2020 19:49
Baxış: 906
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi təşəbbüsünə qoşulub.

Nazirlikdən Milli.Az-a bildirilib ki, Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 139 min 606 manat vəsait köçürüb. Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbərliyi bir aylıq əməkhaqqını tam, əməkdaşlar isə öz aylıq əməkhaqlarının bir qismini Fonda ayırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.