Cəmiyyət

Karantində olan Aydanın analizlərinin cavabı açıqlandı - FOTO

25 Mart 2020 11:36
4 Şərh     Baxış: 5 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq rəssamı Tahir Salahovun rəssam qızı Aydan Salahovanın karantin müddəti başa çatıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda Aydan özü məlumat yayıb. O bildirib ki, analizlərinin cavabı yaxşı olub və onda infeksiya aşkarlanmayıb.

Analizinin cavabını yayımlayan Salahova "Məni evə göndərirlər. Nəhayət... Koronavirus deyiləm. Azadlıq... Xəstə deyildim. İtaliyadan gələndə təyyarədə koronavirusa yoluxan sərnişin var idi" sözlərini yazıb.

Qeyd edək ki, infeksiyanın çox yayıldığı İtaliyadan Moskvaya qayıdan Aydanın özü ilə yanaşı evi və əşyaları da nəzarətə götürülmüşdü.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.