Naxçıvanda Mərkəzi Hərbi Xəstəxana inşa edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər çərçivəsində Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordu üçün 4 min 92 kvadratmetr ərazini əhatə edən Mərkəzi Hərbi Xəstəxana inşa olunur.
Milli.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan hərbi xəstəxananın hər mərtəbəsində 5 bölmə və müxtəlif şöbələr fəaliyyət göstərəcək. Binada 250-yə yaxın otağın olması nəzərdə tutulub. Hərbi xəstəxanada travmatologiya, poliklinika, anesteziologiya, intensiv terapiya, reanimasiya, qəbul çeşidləmə, əməliyyat, cərrahiyyə, VİP, urologiya, psixonevrologiya bölmələri, laboratoriya, yeməkxana və digər infrastruktur şəraiti yaradılacaq. Hər mərtəbədə 4 lift və veb-kameralar quraşdırılacaq.
Xəstəxana gələcəkdə qabaqcıl ölkələrin istehsalı olan müasir tibbi avadanlıqlarla təchiz ediləcək və burada hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin keyfiyyətlə aparılması üçün nümunəvi şərait yaradılacaq.
Xəstəxana ərazisində helikopter meydançası yaradılıb ki, bu da təxirəsalınmaz hallarda xəstələrə təcili tibbi yardım göstərilməsinə imkan verəcək.
Bildirilir ki, 398 çarpayılıq hərbi xəstəxananın dam örtüyü vurulub, bütün mərtəbələrdə kommunikasiya xətlərinin çəkilişi başa çatıb, havalandırma sistemi quraşdırılıb. Binanın su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşıb. İnşaatçılar dəmir konstruksiya və izolyasiya işlərini davam etdirirlər. Hazırda xəstəxananın ətrafındakı piyada yollarına kilid daş döşənir. Burada yaşıllıqlar və gülkarlıqlar salınacaq, müasir işıqlandırma sistemi qurulacaqdır.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordu üçün inşa olunan Mərkəzi Hərbi Xəstəxana istifadəyə verildikdən sonra MDB məkanında ən böyük mərkəzi hərbi xəstəxanalardan biri olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
XƏBƏR LENTİ
-
Qazaxda iki nəfər bir-birini bıçaqladı
-
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
“Brent” nefti bahalaşdı
-
Jesuş Ronaldunun Portuqaliya millisindən getməsinə görə təəssüflənmir
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib





