Cəmiyyət

Azərbaycanda koronavirusdan öldüyü deyilən vətəndaşın ölüm səbəbi onun xroniki xəstəliyidir - Operativ qərargah

13 Mart 2020 21:33
Baxış: 3 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirusdan öldüyü deyilən vətəndaşın ölümünün səbəbi onun xroniki xəstəliyinin olmasıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqində bildirilib.

Bildirilib ki, koronavirusa qarşı tətbiq olunan dərmanlar insanın immun sistemini zədələyir və həmin vətəndaşın immun sistemi buna tab gətirə bilməyib:

"Qalan xəstələrin vəziyyəti sabitdir, dəstəkverici müalicə alırlar. Bir xəstənin vəziyyəti nisbətən ağırdır və onun da müalicəsi aparılır, həkimlərin nəzarəti altındadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.