Cəmiyyət

Gədəbəydə ov tüfəngi, tapança, patronlar və avtomat daraqları aşkarlanıb - FOTO

5 Mart 2020 22:14
0 Şərh     Baxış: 2 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 5-də saat 10:58-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gədəbəy rayonunda "Dərman bulağı" adlanan ərazidə içərisində döyüş sursatı və ov silahı güman olunan kisənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Milli.Az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Gədəbəy Rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd "HALİFAX" markalı ov tüfəngi, bir ədəd "İJ SPL" markalı tapança, 151 ədəd müxtəlif çaplı patron və iki ədəd avtomat darağı aşkarlanıb. Tüfəng və tapança ballistik və trasoloji ekspertiza üçün Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Hərbi təyinatlı əşyalar isə zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların tapıldığı yerin ətrafında 400 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.