Cəmiyyət

Bərdədə qadının döyülərək qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB

28 Fevral 2020 11:55
19 Şərh     Baxış: 3 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:55

Fevralın 27-də saat 22 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində 1962-ci il təvəllüdlü Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Baş Prokurorluqdan Milli.Az-a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla 1995-ci il təvəllüdlü Cavid Rəncbərinin həmkəndlisi T.İbadovanı baş nahiyəsindən xəsarətlər yetirib boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

C.Rəncbəri Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

---------

08:12

Bərdə rayonunun Zümürxan kəndində qətl hadisəsi törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə balta ilə vurularaq öldürülüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları T.İbadovanın həyat yoldaşı Vahid İbadovu şübhəli şəxs qismində saxlayıb.

APA-nın yerli bürosunun əldə etdiyi xəbərə görə, mərhum T.İbadovanın kürəkəni də polislər tərəfindən rayon polis şöbəsinə aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.