Xocalıda 613 nəfər deyil, ən azı 2613 nəfər qətlə yetirilib - Yunus Oğuzdan ŞOK açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xocalı soyqırımının 28-ci ildönümünü qeyd etdiyimiz günlərdə sözügedən faciə zamanı erməni vandalları tərəfindən qətlə yetirilən azərbaycanlıların sayının rəsmi rəqəmlərdən daha çox olduğu barədə fikirlər səslənir.
Milli.Az bildirir ki, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz da "OLAYLAR"-a verdiyi açıqlamada belə bir faktla rastlaşdığını deyib.
O, bildirib ki, hazırda Livanda məskunlaşmış erməni yazıçı-jurnalist David Xerdiyanın "Xaç uğrunda" kitabında Xocalıda qətlə yetirilən azərbaycanlıların 613 nəfər deyil, 2613 olduğu bildirilir: "Devid Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri vəhşilikləri fəxrlə xatırlayır. Onun "Xaç uğrunda" kitabının 19 və 76-cı səhifələrində qeyd edilir ki, martın 2-də "Qaflan" erməni qrupu meyitləri yandırmaqla məşğul idi. 2000-nə yaxın türklərin cəsədini toplayıb ayrı-ayrı hissələrdə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
Yunus Oğuz deyib ki, Xocalıda qətliamı həyata keçirən ermənilər qətlə yetirdikləri azərbaycanlıların sayını 2613 nəfər göstərdiyi halda, hələ də rəsmi rəqəmlərdə Xocalı soyqırımında 613 nəfərin həlak olması barədə məlumatların əksini tapması ziddiyyətlidir. Yazıçı hüquq-mühafizə orqanlarının bu məsələyə diqqət çəkəcəklərinə əminliyini ifadə edib: "Əgər həmin qətliamı həyata keçirən erməni etiraf edirsə ki, 2613 nəfəri qətlə yetirmişik, biz nə üçün 613 nəfər deyirik? Adətən ermənilər törətdikləri vəhşilikləri gizlətməyə çalışırlar. Fikir verin, Xocalıda nə qədər azərbaycanlı qətlə yetirilib ki, onlar 2613 nəfəri öldürdüklərini etiraf edirlər". Yunus Oğuz onu da qeyd edib ki, milli qəhrəman Allahverdi Bağırov da Xocalı soyqırımı zamanı minlərlə insan cəsədi daşıdıqlarını bildirmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
XƏBƏR LENTİ
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü





