Aran Film Yaradıcılıq Mərkəzi "Onların RLS-i" adlı yeni sənədli filmin çəkilişlərini bitirib.
Milli.Az xəbər verir ki, fəaliyyəti dövründə onlarla sənədli, elmi-kütləvi və araşdırma filmləri istehsal edən "Aranfilm" bu dəfə müraciət etdiyi mövzuda Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərmiş "Daryal" tipli stasionar radiolokasiya stansiyası olan Qəbələ rayonu ərazisində yerləşən RLS-in həmin ərazilərə, sakinlərinə olan zərərindən bəhs edir.
Artıq çəkilişləri bitmiş ekran əsəri RLS-in Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində inşası, onun bu ərazilərə və həmin ərazilərə yaxın məsafədə yaşayan sakinlərə dəydiyi xeyiri və ziyanı haqqında danışacaq.
Xatırladaq ki, "Onların RLS-i" filminin son hazırlıq işləri aprel ayında tamamlanacaq.
Filmin rejissoru Yeganə Əbdülməmmədova, operatoru Əminə Həsənli, direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.
Milli.Az