Cəmiyyət

“Pulyeyən” ödəmə terminalları - Qəbz verir, amma ödəniş həyata keçmir - VİDEO - FOTO

19 Fevral 2020 17:16
0 Şərh     Baxış: 1 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaşların kommunal və ya digər xidmətlərə görə, ödənişlərin həyata keçirməsi üçün müxtəlif üsullar və elekton vasitələr yaradılıb. Son olaraq ödəmə terminalları da  işə salınıb. Amma vətəndaşlar kommunal ödənişləri həyata keçirərkən bəzi hallarda ödənişlərin ya sistemə yüklənməməsi və ya aparatların işləməməsi kimi hallarla üzləşirlər.

Sakin: "Karta bir manat yükləmişəm yüklənməyib. Qəbz çıxıb, amma yüklənməyib. Bir manata görə adam zəng etməyə də utanır".

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, belə halların yaşanmasına bu terminallara texniki nəzarətin zəif olması səbəb göstərilir. Mütəxəssislər deyirlər ki, vəsaitlərin yüklənməməsi və ya silinməsi kimi faktlar, sistem təminatındakı nöqsanlardan qaynaqlanır.

Anar İsmayılzadə - İKT mütəxəssisi: "Terminala baxan şəxslər texniki cəhətdən sazlığını yoxlamalıdır. Ya ola bilsin ki, hansısa detaldan qaynaqlanır, ya da proqram təminatında problemlər var".

Digər bir məsələ bəzi xidmət sahələrinin bu ödəmə terminallarından 24 saatlıq ödəniş imkanlarına limitin tətbiqi ilə bağlıdır.

Anar İsmayılzadə - İKT mütəxəssisi: "Bəzi sistemlər var ki, saat 6-dan, 7-dən sonra sistemə səhər saatlarında düşür. Qalır həmin vəsait havada, robotlar icra etmir əməliyyatları, səhər-səhər həmin o sistemə baxan şəxs gəlir və ödənişi həyata keçirir".

Əhalinin itmiş ödənişinin rahatlıqla bərpası üçün terminallarda xüsusi bölmə də yaradılır. Kommunal xidmətlərə görə ödənişi yenidən yükləmək üçün bircə düyməni basmaq kifayətdir.

Ülviyyə Əfəndiyeva - Şirkət nümayəndəsi: "Burada smart kartın bərpası deyilən bir düymə var. Kartı kart oxuyucuya saldıqda mütləq smart kartın bərpası düyməsini basmaq lazımdır. Ödənişlərin hamısı bərpa olunacaq. "Azərsu" və "Azərişıq" ödənişləri üçün də sistem eynidir".

Eyni proses əhalinin daha çox istifadə etdiyi "Bakıkart" üçün də keçərlidir.

Ülviyyə Əfəndiyeva - Şirkət nümayindəsi: "Kommunal xidmətlərin bərpası zamanı, bərpa olunduqdan sonra terminal çek çap vermir. Yalnız monitor hissədə ödənişin bərpa olunduğunu görə bilirik. Çek çap olunub, bərpası bildirilən xidmət isə "Bakıkartdır".

Bütün hallarda nağdsız ödənişdən sonra qəbzi saxlamaq tövsiyə edilir. Hər hansı problem yarandığı halda bununla vətəndaş itirdiyi məbləği geri qaytara bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.