Cəmiyyət

Zəlzələ çantasında nələr olmalıdır?

31 Yanvar 2020 22:28
0 Şərh     Baxış: 2 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəlzələdən sonra sığınacaq yer tapmaqdan başqa istifadə edə biləcəyimiz əşya və qidalar da ən azı onun qədər vacibdir. Buna görə də zəlzələ bölgəsində yaşayan insanların evində mütləqdir ki zəlzələ çantası olsun.

Milli.Az xəbər verir ki, zəlzələ baş verdikdən sonra qorxu içində olan insanların yaşamaq üçün təbii ehtiyacları olur. Buna görə də mütləqdir ki, hər kəsin evində və ya maşınında hazır zəlzələ çantası olsun. Bunun üçün lazım olanlar adambaşına bir litr su, konserva qapağı açan və bişirmək üçün kiçik soba, ilk yardım çantası, plastik qablar, maksimum enerji saxlayan əl fənəri, yanğın söndürən, ev heyvanı varsa onun üçün yemək və sudur. Zəlzələ çantası evdə bütün ailə üzvlərinin bildiyi və asan yerdə olmalıdır. Zəlzələ çantası uzun müddətlik nəzərdə tutulmasa da içində konserva və quru qidalar olduğuna görə bir neçə ay saxlamaq olar. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.