Cəmiyyət

Türkiyəli məşhurlar Yavər Camalovun nəvəsinin toyuna gəlibmiş - FOTO

25 Yanvar 2020 15:58
0 Şərh     Baxış: 5 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda keçirilən dəbdəbəli toyların birində Türkiyə şou-biznesinin məşhur simaları - Nihat Doğan, Ebru Yaşar, Doğuş və bir neçə azərbaycanlı sənətçi səhnə alıblar.

Milli.Az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, toyun sahibi mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalov olub. Belə ki, R.Camalovun qızı Züleyxanın Elşən adlı bəylə ailə həyatı qurub.

Toyun aparıcılığı Nəsib Nura, idarə olunması isə müğənni Zamiq Hüseynova həvalə olunub.

Yavər Camalov

Şadlıqda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, müğənni Namiq Qaraçuxurlu ilə yanaşı, Əməkdar artist Xumar Qədimova da iştirak edib.

Rəşad Camalov

Qeyd edək ki, Züleyxa deputatlığa namizəd Rəşad Camalovun qızıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.