Cəmiyyət

Bakıda metroya partlayıcı oyuncaq atan şəxslər saxlanılıb

31 Dekabr 2019 23:46
5 Şərh     Baxış: 3 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda metroya partlayıcı oyuncaq atan şəxslər saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun dediyinə görə, hadisə bu gün saat 18:16-da baş verib. Naməlum şəxslər metronun "28 may" stansiyasında qatar xəttinə pirotexniki vasitə atıb. Nəticədə qatar xəttində tüstüləmə baş verib. Dərhal qatar yolunda gərginlik dayandırılıb və yola baxış keçirilib. Nəticədə "Sahil" stansiyasına gedən qatarın qrafikində 5 dəqiqə gecikmə baş verib.

Metroda Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən 3 nəfər - Yardımlı rayon sakini, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov, Sumqayıt şəhər sakini 1996-cı il təvəllüdlü Şahin Abbasov və Zəngilan rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Məmmədov saxlanılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.