Cəmiyyət

Yeni ilin ilk günü hava necə olacaq?

31 Dekabr 2019 14:18
10 Şərh     Baxış: 2 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında Daşkəsən-Gədəbəy zonasında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.