Cəmiyyət

“Azərkosmos” Türkiyə şirkətləri ilə müqavilə imzalayıb

27 Dekabr 2019 15:00
0 Şərh     Baxış: 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərkosmos" ASC və Türkiyənin rəqəmsal televiziya yayım platforması olan "Digiturk" və mobil operatoru olan "Vodafone" şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.

ASC-dən Milli.Az-a verilən məlumata görə, müqaviləyə əsasən, "Digiturk" şirkəti "Azerspace-1" peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən futbol çempionatının oyunlarını yayımlayacaq. Həmçinin, "Vodafone" şirkəti "Azerspace-1" peykinin resursları ilə data xidmətləri təklif edəcək.

2019-cu il ərzində "Türkcell" mobil operatoru və "Azərkosmos" arasında qurulan əməkdaşlıqdan sonra "Digiturk" və "Vodafone" şirkətləri ilə imzalanan müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.