Cəmiyyət

Aqil Abbas: "Olimpiya kompleksləri varlıların məkanına çevrilib"

21 Dekabr 2019 18:30
0 Şərh     Baxış: 1 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millət vəkili Aqil Abbas bölgələrdəki çoxsaylı olimpiya idman komplekslərinin istifadəsi ilə bağlı narazılığını bildirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, millət vəkili bir gün əvvəl Bakı Olimpiya Stadionunun konfrans zalında keçirilən ilin ən yaxşı idmançıları və idman xadimlərini mükafatlandırma mərasimində çıxış edib.

"Olimpiya kompleksləri zənginlərin məkanına çevrilib. Qiymətlər çox yüksəkdir. Ümumiyyətlə, təklif edirəm ki, hər icra başçısı bölgənin ölkə üçün inkişafına dair idmançılara bir plan hazırlasın. Əvvəllər pambıq yığmaq üçün plan hazırlanırdısa, indi belə planlardan idmançılar üçün də hazırlanmalıdır", - A.Abbas əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.