3 günlük yeni il tətili üçün 7765 manat qiymət “oxuyan” hotel hansıdır? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni il bayramına ay yarımdan artıq vaxt qalsa da, indidən ölkə ərazisində fəaliyyət göstərən hotellər qiymətlərini açıqlayıblar.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu ilki rəqəmlər ötən ildəkilərlə müqayisədə daha yüksəkdir. Rayonlardan və hotellərdən asılı olaraq, qiymətlər fərqlənir. Üstəlik, bir çox hotellərin tətil paketi 2 gecə 3 gün olduğu halda bəzilərində də 3 gecə 4 günlük paketlər var. Bütün bunlar isə qiymətə də təsir göstərir. Bundan başqa, gündə 3 dəfə qidalanma sistemi paketlərin əksəriyyətində var. Amma yenə də qiymətlər "dodaq uçuqladır".
Qiymətlərə diqqət edək:
Yeni İli "Cənnət Bağı Altıağac" İstirahət Mərkəzində keçirmək istəyənlər üçün iki istirahət paketi təqdim olunur.
1-ci paket
Tarixlər: 30.12.2019-02.01.2020 ( 3 gecə-4gün )
Qiymət: 335 AZN (1 nəfər üçün) 2-ci paket:
Tarixlər: 29.12.2019-02.01.2020 ( 4 gecə-5 gün)
Qiymət: 410 AZN (1 nəfər üçün)
Qiymətə Daxildir:
• Hoteldə gecələmə;
• Qidalanma (gündə 3 dəfə - Qala Şam yeməyi daxil)
• Yeni İL Gala gecəsi
• Əyləncələr: • Şaxta Baba və Qar Qız;
![]()
Keçək Şamaxı Palace Şaradil hotelinə. Burda isə 2 nəfərin bayram günlərində 2 gecə 3 gün keçirməsi 1255 manat təşkil edir.
Qiymətə daxildir:
-qidalanma 3 dəfə;
-hoteldə qalma;
-şou proqram;
-Yeni il gecəsi şam yeməyi.
Quba Palace Otelin qiymətlərinə diqqət edək. 27,28,29,30 dekabr, eləcə də, 2,3,4 yanvar tarixlərində 1 gecə 2 gün oteldə qalmaq istəyənlər üçün(2 nəfər üçün) tariflər aşağıdakı kimidir:
Deluxe Dağ Mənzərəli Otaq - 270 AZN
Deluxe Göl Mənzərəli Otaq - 290 AZN
Qiymətə daxildir:
Hoteldə gecələmə (2 gecə / 3 gün), (1 gecə/2 gün)
Qidalanma:
31 Dekabr (nahar və Gala Şam yeməyi)
1 Yanvar (Səhər və Şam yeməyi)
Şou Proqram
Fitness və SPA xidmətləri
![]()
Ən astronomik qiymətlər isə Şəkidə yerləşən Marxal Resort hotelindədir. Dekabrın 30-dan yanvarın 2-ə qədər 2 və 3 gecəlik paketlər rezerv olunduğu təqdirdə otaq tiplərinə görə tam pansion (gündə 3 dəfə qidalanma) və yeni il proqramı daxil olmaqla qiymətlər aşağıdakı kimidir:
2 gecəlik qiymətlər:
Standart otaq eyvansız 1560 manat (2 nəfərlik)
Standart otaq eyvanlı 1610 manat
Triple 2225 manat
Deluks Suite otaq 1780 manat
Orta ölçülü villa (6 nəfər) 4700 manat
Böyük ölçülü villa (8 nəfər) 5990 manat
3 gecəlik qiymətlər:
Standart otaq eyvansız 2035 manat (2 nəfərlik)
Standart otaq eyvanlı 2110 manat
Triple 2880 manat
Deluks Suite otaq 2365 manat
Orta ölçülü villa (6 nəfər) 6135 manat
Böyük ölçülü villa (8 nəfər) 7765 manat
![]()
Bəli, hələ yeni ilin gəlişinə ay yarımdan artıq vaxt var. Amma bəzi hotellərin bayram qiymətləri insanın canına üşütmə salır. Gerçəkdən də Azərbaycanda 3 günlük tətil üçün, üstəlik də cəmi 2 nəfərə 7765 manat verə biləcək insanların mövcudluğu sual doğurur. Amma əminəm ki, bir-iki həftə sonra bu hotellərlə əlaqə saxlayanda sizə boş yer qalmadığı bildiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günəşdə güclü enerji partlayışı baş verib
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq
-
FHN əhaliyə müraciət etdi: Küləkli havada dənizə girməyin
XƏBƏR LENTİ
-
BƏƏ-də saxlanılan Azərbaycan vətəndaşı ölkəyə ekstradisiya olunub
-
Abşeronda yol-nəqliyyat qaydalarını pozan 45 motosikletçi saxlanılıb
-
Günəşdə güclü enerji partlayışı baş verib
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
-
Rusiyada göyərtəsində iki nəfər olan helikopterdən xəbər yoxdur
-
ABŞ-İran danışıqları başlayıb - Yenilənib
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Ceyms Berrouz vəfat etdi
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Mundialla vidalaşacaq üçüncü komanda müəyyənləşdi
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
“Krımdan hücumlar artıq effektiv deyil” - Ukrayna PUA komandanı
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq
-
FHN əhaliyə müraciət etdi: Küləkli havada dənizə girməyin
-
Azərbaycan boksçusu Çində qızıl medal qazandı
-
Mingəçevirdə yol qəzası: 2 nəfər xəsarət alıb
-
Ayın 22-də ölkədə qısamüddətli yağış və külək gözlənilir - Proqnoz
-
Antarktidada gözlənilməz seysmik aktivlik: 510 zəlzələ aşkarlandı
-
Mingəçevirdə mağazada yanğın oldu - (Foto)
-
1 qəpiyə satılan həmin yumurtalar barədə iddialar yayıldı - (Video)
-
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib - (Foto)
-
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib
-
Yevlaxda kanalda boğulan 26 yaşlı kişinin meyiti tapılıb
-
Kerç bərə keçidində daşımalar müvəqqəti dayandırıldı





