“Yediyimiz çörək süfrəmizə natəmiz yollarla gətirilir” - Onlar cərimələnə bilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çörəyin hansı şəraitdə, harada, təmiz və yaxud natəmiz yerdə istehsal olunması insanları, alıcıları nə qədər maraqlandırırsa, onun hansı şəraitdə, hansı avtomobillərlə marketlərə daşınması bir o qədər maraqlandırır.
Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Çörək ruzi-bərəkətdir, çörəyi yerə atmaq olmaz, günahdır deyirik. Amma bərəkət deyib, yerə atmadığımız çörəyi antisanitariya şəraitində daşıyırıq. Söhbət çörəyin gigiyenik tələblərə cavab verməyən avtomobillərdə daşınmasından gedir.
İsa Əliyev - Qida mühəndisi: "Təəssüflər olsun ki, qida məhsullarında, xüsusən çörək məhsullarında və un məmulatlarında antisanitar vəziyyət həddindən artıq çoxdur. Un məmulatları, istər çörək məmulatları həm daşıyarkən, həm də satışda olarkən bir çox gigiyenik qaydalara riayət olunmalıdır".
İllərdir bu məsələ problem olsa da, həll olunmamış qalır. Xüsusən mərkəzdən uzaq məhəllədaxili marketlərə çörək gigiyenik tələblərə cavab verməyən minik avtomobillərində daşınır. Mütəxəssislər belə avtomobillərdən çörək alan market sahibinin də inzibati məsuliyyətə cəlb olunmasının vacib olduğunu deyirlər.
Eyyub Hüseynov - AİB-nin sədri: "Məşhur bir söz var, zəncirin gücü onun bir dənə həlqəsindədir. Bir həlqədə zəif oldu, artıq o zəncir yoxdur. Qida məhsulu da belədir, yəni qida zəncirində istehlakçının masasına gələnə kimi o, risk nöqtələrindən keçir. O, bir yerdə çirklənə bilər. Belə çirklənmə yerlərindən, risk nöqtələrindən biri də daşınma nöqtəsidir".
Qaydalara əsasən, çörək gigiyenik pasportu olan avtomobillərdə daşınmalıdır. Həmin pasport isə yalnız içərisində lazımi şərait yaradılmış avtomobillər üçün verilir.
Cavidan Quliyev - AQTİ-nin əməkdaşı: "Çörəkləri daşıyarkən, maşınların içində xüsusi rəflər olmalıdır. Gigiyena baxımından təmizlik mütləq şəkildə önəmlidir. Bu rəflərə çörəklər şaquli şəkildə yerləşdirilməlidir. Çörəklər daşınan maşında başqa qida məhsulunun daşınması mütləq şəkildə yolverilməz haldır. Çörəklər mağazalara daşınarkən, istər satışı həyata keçirən mütəxəssislər, istərsə də ki çörəyi daşımasını həyata keçirən ekspeditellərin fərdi mühafizə geyimlərindən istifadə etməsi önəmlidir".
Təmizliyi gözləməyib bərəkəti belə batıranlar isə günaha batmaqla yanaşı, inzibati məsuliyyət də daşıyır. Yükdaşıma qaydalarının pozulmasına görə cərimə 40, sanitar-gigiyena qaydalarını pozmağa görə 50-100 manatdır. Eyni əmələ görə, vəzifəli şəxslər 100-200, hüquqi şəxslər daha çox 200-400 manat cərimə ödəmək məcburiyyətində qala bilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama





