Cəmiyyət

Günün qoroskopu: Yeni layihəyə başlayıbsınızsa, çətinliklər istisna deyil.

21 Oktyabr 2019 00:01
20 Şərh     Baxış: 6 281

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Enerjili, iradəli, qətiyyətli olun. Məqsədyönlü hərəkət və fəaliyyət üçün uğurlu zamandır. İmkanlarınızı və potensialınızı obyektiv dəyərləndirin.
Vədlərə aldanmayın, şirnikləndirici təkliflərə inanmayın.
Günün ikinci yarısında yaranacaq problemlərin optimal həll yollarını arayın. Bütün maneələri və sədləri dəf edə biləcəksiniz. Əvvəlcədən planlaşdırdığınızdan da artıq işlər görə bilərsiniz. Fiziki işdə xeyir var. İdmanla məşğul olun.
Münasibətlərinizdə spontanlığa ehtiyac duyulur.

Buğa - Hissiyyatınıza inanın. İntuisiyanız əsasında hərəkət edə bilərsiniz.  Kənardan məsləhətlərə çox qulaq asmayın. Onların əksəriyyətinin reallıqla heç bir əlaqəsi yoxdur. Məntiqli və soyuqqanlı olun.
Günün ikinci yarısında ideyalarınızdan birini reallaşdırmağa başlayın. Vaxtınızı fövtə verməyin, mənasız işlərlə məşğul olmayın.
Yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Tərəfdaşlarla münasibətlərdə müəyyən nüansları konkretləşdirmək zamanıdır.
Axşam saatlarında bütün işləri unudaraq istirahət edin.

Əkizlər - Qarışıq, mürəkkəb gündür. Həllini tələb edən məsələlərin, problemlərin sayı sürətlə artacaq. Uzun müddətdən bəri çözülməmiş qalmış mübahisəli məsələnin nizamlanması ilə məşğul olun. Amma bununla belə, problemlərin miqyasını süni şəkildə böyütməyin.
Günün ikinci yarısında maneələrin aradan qaldırılmasında astagəllik etməyin. Dövlət qurumlarına baş çəkməyi təxirə salmayın. Başladığınız işləri yarımçıq qoymayın.
Dəyər verdiyiniz insanla münasibətləriniz sınağa çəkiləcək.
Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng - Tərəfdaş və şəriklərlə münasibətləri təftiş etməyin zamanıdır. Yalnız özünü düşünən insanlardan uzaq durun. Mənafelərinizi başqalarının maraqlarına qurban verməyin.
Zərurət yaranarsa, sərt davranın.
Günün ikinci yarısında yeni əlaqələr yaradın. Mövcud təmaslar arasında qeyri-effektiv olanları dayandırın. Ballastdan, irəliyə doğru hərəkətinizi əngəlləyən yükdən qurtulun.
Ünvanınıza sərt iradların və tənqidlərin səslənəcəyinə hazır olun. 
Axşam saatları romantik anlar vəd etmir. Hisslərin etirafına tələsməyin. 

Şir - Sayıq və ehtiyatlı olun. Yaranan çətinlikləri araşdırmamış həllə başlamayın. Yaşananların aydın mənzərəsinə nail olmaq üçün biliklərinizdən faydalanın. Obyektiv olun, hisslərə qapılmayın.
Günün ikinci yarısında hadisələrin mahiyyətini anlayın. Yeni tərəfdaş və ya dost qazana bilərsiniz. 
Dəyər verdiyiniz insanlarla təmaslarda eqoistlik etməyin. Səmimiyyət bir çox problemləri aradan qaldıra bilər.
Axşam saatlarında ailəvi istirahəti seçin.

Qız - Qüvvənizə əmin olun, şübhələrə qapılmayın. Ən ağır işin öhdəsindən asanlıqla gələ bilərsiniz. Məqsədlərə çatmaq üçün effektiv fəaliyyətə ehtiyac duyulur. Maraqlı sifariş və ya tapşırıq olarsa, cari işləri unutmayın. Rutinlikdən qaçmaq mümkün deyil.
Günün ikinci yarısında çalışdığınız kollektivdə zəhmətkeş, səmimi insan olun. Mübahisələrə qatılmayın, əlavə münaqişələr yaratmayıvn.
Gündəlik qayğıların həllində qeyri-ordinar həllərdən yararlana bilərsiniz. 
Qarşı tərəfin ideyalarına və istəklərinə daha çox vaxt ayırın.

Tərəzi - Çevik, mütəhərrik olun. Praqmatizmi unutmayın, emosiyalara uymayın. Ciddi irəliləyişə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli, problemləri həll etməlisiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün imkanlarınızdan maksimum yararlanın.
Günün ikinci yarısında həmkarlarınız sizdən yardım və ya məsləhət istəyəcəklər. Əla bələd olduğunuz sahədə ekspert kimi çıxış edə bilərsiniz. Nəzəriyyəyə aludə olsanız, sizi dinləməyəcəklər.
Spontan, aqressiv davranmayın.
Eqoist insan təsiri bağışlamayın.

Əqrəb - Cari işlərdə uğur əldə etmək imkanlarınız artır. Yeni layihəni və ya sifarişi uğurla reallaşdıra bilərsiniz. Qətiyyətli, iradəli olun. Mənasız söhbətlərə qatılmayın. Yaramaz insanlardan uzaq durun.
Günün ikinci yarısında rəqibləri üstələyin. Ümumiyyətlə, rəqabətdə bütün vasitələri məqbul sayan insanın dərsini vermək zamanı çatıb.
Mühüm xəbərin alınması, işgüzar məktubun gəlişi istisna deyil
Axşam saatlarında ünsiyyətdə anlaşılmazlıq və mübahisə yaranacaq.

Oxatan - İdarəetmə və iqtisadiyyat sahələrində biliklərinizi artırmalısınız. Yeni təcrübə əxz etməyə çalışın. Fəaliyyət sahəsindəki uğurlarınızı artırmaq istəyirsinizsə, soyuqqanlı olmalısınız. Sirlərinizi bölüşməyə tələsməyin. 
Günün ikinci yarısında situasiyaya uyğun hərəkət edin. Tələsik qərarlar verməyin. Yaxın ətrafınızdakı insanların abstrakt məsləhətlərinə qulaq asmayın. Konkret işlərin həlli ilə məşğul olun. Sənədləşdirmədə diqqətli olun. Başa vurmadığınız işin bitdiyini sanmayın.
Sevdiyiniz insana axşam saatlarında hədiyyə verin.

Oğlaq - Birmənalı gün deyil. Çətinliklərin sayı artacaq. Bütün diqqəti işə yönəltmək gərəkdir. Dövlət qurumlarının bürokratik tələbləri sizi geri çəkilməyə vadar etməməlidir. İşdə nəzarət güclənəcək.
Günün ikinci yarısında sizdən az qala hər addım üçün hesabat tələb olunacaq. İşgüzar fəaliyyətlə şəxsi həyat arasında balans tapmaq gərəkdir. Axşam saatlarını dəyər verdiyiniz insana ayırın.
Pozitiv olun.

Dolça - İllüziyalara qapılmayın. Real işlərə üstünlük verin, xülyalardan qurtulun. Hadisələrə nəzarət etmək üçün zəruri rıçaqlara yiyələnməsəniz, olaylar əleyhinizə işləyəcək.
Yeni layihəyə başlayıbsınızsa, çətinliklər istisna deyil.
Günün ikinci yarısında kiçik maneələr və sədlər sizi usandırmamalıdır. Bədbinliyə qapılmayın. Nikbin olun. Resurslarınıza yenidən nəzər salın, potensialınızı dəyərləndirin. Şəxsi münasibətlərdə aktivliyi azaldın.
Yeni məlumatlar və informasiya əldə etməyə çalışın.

Balıqlar - Səhər saatlarından etibarən peşəkar fəaliyyətinizlə bağlı məsələləri həll etməyə çalışın. Xidməti səlahiyyətlər çərçivəsini aşmayın. Əlavə imkanlar aramayın. 
Günün ikinci yarısı sənədləşdirmə ilə bağlı işlər, hesabatların hazırlanması üçün əlverişlidir. Gərəkli məlumatları vaxtında əldə etmək üçün bütün vasitələrdən yararlanın. Qarşılıqlı əlaqələri gücləndirin. Həmkarlarla təmaslarda aktiv olun.
Dəyər verdiyiniz insanla ünsiyyətdə kreativlik nümayiş etdirin.

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 00:02251

    Heftenin ilk gunu haminiza uaurlar arzulayiram Sabahiniz maraqli ve xos. olsun Canlarim

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 00:032631

    Sizler ücün darixmisdim canlarim.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 00:042931

    Status-Bu dünyada 2 sey insani mehv edər:1) Dostdan gelen xeyanet 2)Düşmenden gelen merhemet

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 00:042631

    Zehram, indi oxudum serhleri necesen dersler nece gedir ?

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 00:052631

    Nurlanam salamini da indi oxudum.Canim cosx saq ol.var ol.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 00:052531

    Ve..........geceniz xeyre qalsin yuxunuz bal Esra olsun Mestan can olsun şipşirin olsun

    Cavab yaz
  • Anonim
    Ulya · 21 Oktyabr 05:10209

    Nə yaxın qonşu olduq bu dünyada, Ayrı-ayrı doğulduq bu dünyada, Axır gəlib bir olduq bu dünyada, Ey həyat, sən nə qəribəsən?! Sən ay kimi baxdın mənə, Sən gün kimi baxdın mənə, Gözlərinin qarasıyla Güldü ömrümün baxtı mənə. Aylar keçir, illər keçir, axın olur, Yadlar gəlir doğma olur, yaxın olur. Məhəbbətlə ötən ömür nağıl olur, Ey həyat, sən nə qəribəsən?! Ey həyat, sən nə qəribəsən?! Bu ilqarı yaşatdıq canımızda, Gənclik eşqi qaynadı qanımızda. Qohum oldu atamız anamız da Ey həyat, sən nə qəribəsən?!

    Cavab yaz
  • Anonim
    Ulya · 21 Oktyabr 05:11158

    Gecə sakit çay axır, Lal sulardan ay baxır. Ey könül, gəl cövlana, Eyvandan mehriban, Nazlı yar baxır, yar baxır. Mən necə dözüm, Yaxın gəl, quzum. Gecələr, uzun gecələr. Ulduz göydə sovuşur, Kirpiklərim qovuşur. Gəl, gülüm, sevən qəlbim Gecələr, gecələr, Tək səni soruşur, səni.

    Cavab yaz
  • Anonim
    Ulya · 21 Oktyabr 05:13138

    Yenə sənsiz bu axşam Yuxum qaçmış gözümdən. Səni deyib durmuşam, Xəbərim yox özümdən. Hardasan, sevgilim, Gəl, gəl, gəl, gəl. Gözləyirəm yolunu. Hardasan, sevgilim, Gəl, gəl, gəl, gəl. Sal boynuma qolunu. Səmadan qopub düşən Yanar bir ulduzam mən. Sönüb odum, alovum, Tənhayam, yalqızam mən. Gecə yumur gözünü, Gəl, gözümün işığı. Tez ol yetir özünü, Evimin yaraşığı

    Cavab yaz
  • Anonim
    Ulya · 21 Oktyabr 05:15128

    Ey əziz anam, Azərbaycan, Sənə bağlıyam, Azərbaycan. Ömrümün mənasısan, Azərbaycan, Qardaşlıq dünyasısan, Azərbaycan, Anamın anasısan, Azərbaycan.Baharlı yurdum, Azərbaycan, Çinarlı yurdum, Azərbaycan. Sənsən eşqim, zəfərim, Azərbaycan, Çağlayan Kür, Xəzərim, Azərbaycan, Günəşli al səhərim, Azərbaycan, Ты меня зовешь, Азербайджан. Ты во мне поешь, Азербайджан. Как огни твои светлы, Азербайджан. Как слова твои теплы, Азербайджан. Ты звезда моей судьбы, Азербайджан. Ты звезда моей судьбы, Азербайджан.

    Cavab yaz
  • Anonim
    Ulya · 21 Oktyabr 05:16305

    Sabahınız xeyirli, gününüz uğurlu keçsin. Yeni həftədən kimin nə gözləntiləri varsa hamısı gerçək olsun. Amin!

    Cavab yaz
    • Anonim
      05.16 a · 21 Oktyabr 09:173030

      Amin. Səninlə bahəm Ulya

      Cavab yaz
  • Anonim
    Ulya · 21 Oktyabr 05:1773

    Bu gün bəzi sevimli mahnılardan paylaşımlar etdim...

    Cavab yaz
  • Anonim
    Tovuzum · 21 Oktyabr 09:2061

    Əli proqnoz hardadı bilən var

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 09:35118

      Daha yazmir .Yeqin Bilesuvardadi.Hemde aile qurdu belke usaqi da var ona gore daha yazmir.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 09:41188

    Oh beeeeeeeeeeee Like Dislike ya baxxx. Mene Like edenlerin Allah canlarin saq elesin ömür versin.. Aminn Amin Aminn

    Cavab yaz
    • Anonim
      ? · 21 Oktyabr 10:5165

      Salam.Esra niye yazmirdiz?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 13:0243

        Salam canim /Xeste idim dayim gilde qalirdim.. Mamagil. Samaxidaydi ona gore orda qaldim yaza bilmedim.Dünen hem mamamgil geldi mende babatam deyə geldim evimize.

        Cavab yaz
        • Anonim
          Esmer · 21 Oktyabr 15:0122

          Allah Şefa versin Esra can necesen gozel qiz..

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 21 Oktyabr 17:3320

            Cox saq ol Esmərim canim var olasan indi yaxsiyam Sukur Allaha .Canim sen necesen kef ehvalin necedi ?

            Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.