"Sahibkara maneə yaradıldığına dair yayılan məlumatlar həqiqətə uyğun deyil"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir sıra kütləvi informasiya vasitələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda sahibkara maneə yaradıldığına dair həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yayılan xəbərlərdə Azərbaycan Respublikası vətəndaşı Sənan Nağıyevin ölkə ərazisinə gətirdiyi mobil telefonların "Qırmızı Körpü" gömrük postunda saxlanıldığı və onlardan mallara aid sənədlərdə nəzərdə tutulduğundan artıq gömrük ödənişlərinin tələb olunduğu iddia edilir.
Dövlət Gömrük Komitəsi bildirir ki, Sənan Nağıyev cari ilin may ayının 22-də ölkə ərazisinə 200 ədəd müxtəlif markalı mobil telefonlar gətirib və həmin malların dəyərinin 32 100 ABŞ dolları olduğunu bəyan edib. Müvəqqəti saxlanca götürülən malların gömrük rəsmiləşdirilməsi prosesində aparılan araşdırma zamanı onların dəyərinin aşağı göstərildiyi, real dəyərin 46 080 ABŞ dolları təşkil etdiyi müəyyən edilib və bu barədə Sənan Nağıyevə məlumat verilib. Buna etiraz edən Sənan Nağıyev şikayət ərizəsi ilə Dövlət Gömrük Komitəsinə müraciət edib. Müraciətin araşdırılması prosesində Sənan Nağıyev dəfələrlə Dövlət Gömrük Komitəsinə dəvət edilsə də, o edilən müraciətə məhəl qoymayaraq Komitəyə gəlməkdən boyun qaçırıb.
Cari ilin iyun ayının 18-də isə həmin şəxs könüllü olaraq gətirdiyi telefonları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirib və 28 514 manat 80 qəpik məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.
Aparılan araşdırma zamanı Sənan Nağıyev və onun idxal etdiyi mallara münasibətdə gömrük orqanları və onun əməkdaşlarının qanun pozuntusuna, kobud və ya qeyri-etik davranışa yol vermədiyi müəyyən edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı





