Toyda dava salanlar və şadlıq saraylarında təhlükəsizlik - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göyçay rayonunda toy mərasimində başlayan dava qanla nəticələnib. Sumqayıtda toy məclisində iştirak edən qız evinin qonşuları ilə qohumları arasında rəqs sifarişinə görə yaranan mübahisə dava ilə nəticələnib. Abşeronda isə toyda baş verən kütləvi davada 2 nəfər bıçaqlanıb. Bəs insanlar şad gündə niyə belə davranırlar?
Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Mehrab Zülfüqarov - Administrator: "Musiqi üstündə görürsən sözləri çəpləşir. Kiminsə kimləsə intriqası var, gəlir, 100 qram araq içən kimi yadlarına düşür söz-söhbət yaradırlar".
Gülnar Orucova - Psixoloq: "Bu tip insanlar nevroloji baxımdan problemi olan insanlar və içkiyə daha çox meyilli olan insanlardır. Toya getməkdə məqsəd, əslində, şənlənmək deyil, toyda davanı, qalmaqalı salıb, o qalmaqalda kimisə incidib, özünü ondan üstün mövqedə göstərmək istəyənlərdir".
İki və daha artıq adamın sözünün çəp gəlməsi kütləvi davaya səbəb olur. Nəticədə toya gələn qonaqlarla yanaşı, ətrafda yaşayan insanların da rahatlığı pozulur, şadlıq saraylarına maddi ziyan dəyir.
Samir Qasımov - Hüquqşünas: "Kimsə toyda dava salırsa, ictimai qaydanı pozursa, digərlərinin istirahətinə, əylənməsinə, ümumiyyətlə, toyun baş tutmasına mane olursa, kiminsə əmlakının məhv edilməsi ilə müşayət olunursa, bu, xuliqanlıq hesab olunacaq. İşin hallarından asılı olaraq, azadlıqdan məhrumetmə cəzası da təyin oluna bilər".
Ekspertlər hesab edir ki, toy zamanı belə xoşagəlməz halların qarşısının alınması üçün restoran rəhbərliyi tərəfindən təhlükəsizliyə cavabdeh şəxslər ayrılmalıdır.
Mehrab Zülfüqarov - Administrator: ""Security" var. Dayanır toy vaxtı qapının yanında. Amma, əslində, onu düzgün saymıram. Çünki məclis vaxtı "security"nin şadlıq evinə qoymaq yaxşı bir şey deyil. Hər kəsin düşüncəsi bir deyil. Hərə bir şey düşünür. Birinə xoş gəlir, birinə yox"
Bəli, toyda oynamaq lazımdır, dava salmaq yox. Elə edək ki, belə bir şad gündə toy sahibinin sevincinə şərik olaq, əhvalının pozulmasına səbəb olmayaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq





