Cəmiyyət

Günün qoroskopu: Yaxşı situasiya müşahidə olunmur

26 İyun 2019 00:01
34 Şərh     Baxış: 8 846

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Mühüm işlərə başlamaq üçün günün ilk yarısı əlverişlidir. Önəmli görüşü və danışıqları təxirə salmayın. Yaradıcılıq sizdə məmnunluq hissi yaradacaq. Sizi narahat edən məsələ ilə bağlı yaxınlarınızla müzakirələr apara bilərsiniz. Yaşamınıza yeni nüanslar əlavə edin.

Günün ikinci yarısında ailə problemləri ilə yaxından məşğul olun. İntuisiyanıza güvənin. Həddən artıq vaxt və qüvvə itkisi tələb edən işləri təxirə salın. Axşam saatlarında yaşam arealında qayda yaradın. Alış-verişdə bədxərclik etməyin.

Buğa - Günün ilk yarısında təxribatlara uymayın, emosiyaların təsiri altında hərəkət etməyin. Yaşam tərzinizi və fəaliyyət sahənizi dəyişməyin. Neqativ çoxdursa, yorğunluq hiss edirsinizsə, bir qədər nəfəs dərin. Sakitləşin, gərginlikdən qurtulun.

Günün ikinci yarısında yaşananlara praqmat baxın. Adi, rutin işlər sizi darıxdırmasın. Axşam saatlarına ciddi, önəmli iş planlaşdırıbsınızsa, onu yaddan çıxarmayın.

Görüləsi işlərin praktik yönlərini götür-qoy edin. İntuisiyanıza güvənin.

Əkizlər - Yaradıcılıq impulsları və enerji səviyyənizin yüksəlişini mövcud işlərdə ciddi islahatlara yönəldin. Danışıqlara, söhbətə çox vaxt sərf etməyin. İdeyalardan birini reallaşdırmaq olar.

Günün ikinci yarısında cürətli, iradəli olun. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli vasitələrin hamısından istifadə etmək olar. Sizi qayğılandıran məsələni çözmək üçün detallara fikir verin. Ambisiyaları azaldın. Bəzi nüanslarda ciddi irəliləyişlərə nail olmaq mümkündür. Planlar və gözləntilərdə yeniliklər edin.

Axşam saatlarına yaxın spontan hadisələr yaşanacaq.

Xərçəng - Ümumi mənzərəni görərək dəyərləndirməyə mane olan detallara çox fikir verməyin. Deyilənləri yanlış anlamayın. İkinci dərəcəli məqamlara həddən artıq önəm verməyin. Yaxın ətrafınızdakı insanların məsləhətləri sizdə stereotip düşüncə formalaşdırmamalıdır.

Günün ikinci yarısında sizi nə isə qıcıqlandırırsa və ya nədənsə şübhələnirsinizsə, qərar verməyə tələsməyin. Ani hisslərin təsirinə düşməyin.

Axşam saatlarında tanış süjetlər və nüanslar təkrarlanarsa, dejavyu effekti yaşana bilər.

Şir - Özünüzə çox güvənməyin. İmkan və potensialınızı nikbinliklə dəyərləndirməyin. Məişət məsələlərinin həllində iradəsiz davranmayın. Dözülməz dərəcədə xırdaçı olmayın.

Günün ikinci yarısında bədgümanlıq artarsa, yeni işə və ya layihəyə başlayın. Mənfi hisslər yaradan xatirələrə dalaraq reallıq hissini itirməyin. Qətiyyətli olun. Çətin olmayan, yeknəsəq işə üstünlük verin. Stressdən qurtulmağa çalışın.

Axşam saatlarında rasionunuza fikir verin. Çox hərəkət edin, səhhətinizi düşünün.

Qız - Orqanizminiz və əsəb sisteminiz kənar təsirlərə məruz qalacaq. Emosional durumuzunu səbatlı edin. Məişət problemlərinin həllini axşam saatlarına saxlayın.

Günün ikinci yarısında tərəfdaş və ya şəriklərin davranışlarındakı dəyişikliklərin psixosomatik səbəblərini aşkarlamağa can atın. Ailədəki situasiya sizdə kəskin reaksiya yaratmamalıdır. Həll olunmamış məsələlər varsa, astagəllik etməyin.

Önəmli məsələləri təxirə salmayın.

Yalnız hissiyata güvənməyin.

Tərəzi - Qüvvənizdən optimal qaydada istifadə edin. İşgüzar tərəfdaşlar və dəyər verdiyiniz insanlarla təmaslarda səmimi, dürüst olun. Aqressiv və sərt davransanız, ünsiyyət alınmayacaq.

Günün ikinci yarısında bir qədər müstəqil çalışın. Kənar təsirlərə və müdaxilələrə boyun əyməyin. Tənha çalışmaq vurnuxmada nəzərdən qaçırılan detalların görülməsinə səbəb olacaq.

Axşam saatları profilaktiki tədbirlər üçün münasibdir.

Fəaliyyət göstərdiyiniz arealı qaydaya salın.

Əqrəb - Gördüyünüz işin təfərrüatlarına varın. Səhvləri aşkarlayın, kiçik nöqsanları üzə çıxarın. Diqqətli təhlil aparsanız, indiki yanlışlıqları bundan sonra təkrarlamaq riskiniz azala bilər. Yeni layihələrə qatılmaq üçün əlverişli zaman deyil.

Günün ikinci yarısında planlara köklü dəyişikliklər etmək olar. Metodlar, alətlər, avadanlıq və tərəfdaşları dəyişin. Yaxın ətrafınızdakı insanlardan biri sizdə şübhə yaradırsa, beləsindən uzaq durun.

Axşam saatlarında səhhətinizin qeydinə qalın.

Oxatan - Günün ilk yarısından etibarən asılı vəziyyətə düşməyin. Maliyyə, inzibati və təşkilati məsələlərdə diqqətli olun. Kimdənsə asılı durumda olmağınız işlərinizin xeyrinə deyil.

İş yerində günün ikinci yarısında yarana biləcək problemləri tələsmədən həll edin. Əks təqdirdə düşünülməmiş qərar fəsadlı nəticələrə səbəb ola bilər.

Həddən artıq çalışmayın. Yorğunluq riski var.

Genişmiqyaslı layihəyə başlamazdan əvvəl imkanlarınızı, qüvvələrinizi və potensalınızı dəyərləndirin.

Oğlaq - Günün ilk yarısında formalaşan situasiyanın şərtlərindən asılı olmayaraq ruhdan düşməyin. Pozitiv emosiyalara ehtiyacınız var. Zəhmətkeş olun, vədlərinizi unutmayın. Çətin məsələlərin həllində başqalarına bel bağlamayın.

Günün ikinci yarısında ciddi problemlər yaranmayacaq. Cari məsələləri asanlıqla həll edə bilərsiniz. İş yoldaşları, şəriklər və ya tərəfdaşlarla bağlı şübhələr yaranarsa, durumu nizamlamaq, nigaranlıqlardan qurtulmaq olar.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Dolça - Günün ilk yarısı təşəbbüslər üçün yararlı deyil. Yaxşı situasiya müşahidə olunmur. Diqqətli və səbrli olun. Maraqlı detalları nəzərdən qaçırmayın, sayıq davranın.

Günün ikinci yarısında zərurət olmadan təşəbbüslə çıxış etməyin. İrəliyə doğru hərəkətinizə maneələr yarada biləcək nə varsa, ondan qurtulun. Zərərli vərdişlərdən biri və ya bir neçəsi ilə vidalaşmaq zamanıdır.

Peşəkar fəaliyyət müstəvisində kobud səhvlərə yol verməyin. Şübhəli əlaqələrə aludə olmayın. Təkrarlanan situasiyalar, göz qarşısında vurnuxan insanlara diqqət yetirin.

Balıqlar - Hadisələrlə zəngin gündür. Mövcud prosesdə yenidənqurma tələb edən nüansları diqqətdən qaçırmayın. Emosiyalarınıza nəzarət edin. Vəziyyət çox asanlıqla münaqişə yarada bilər. Baş verənləri heç bir səbəb olmadan dramatikləşdirməyin.

Günün ikinci yarısı yeni layihə ilə bağlı çalışmalar üçün əlverişlidir. Uğur məhsuldarlığınızdan, zəhmətkeşliyinizdən asılıdır. Olaylara süni təkan verməyin. Axşam saatlarında stressdən qurtulun. Heç yerə tələsməyin.

Milli.Az

loading...

Şərh yaz:

34 Şərh:

  • Anonim
    Esmer · 26 İyun 00:02110

    Salam Geceniz xeyre .seheriniz uğurlu acılsın .inşallah

    Cavab yaz
    • Anonim
      Şemkirli · 26 İyun 09:1910

      Salam hər vaxtınız xeir offf adam birinci olmusuz tebrikler

      Cavab yaz
      • Anonim
        Esmer · 26 İyun 09:5210

        Salam Şemkirli Balası Qadan Alım Netersen .?? Niye Pissen He ..Sene Pis olmaq yaraşmır axı .

        Cavab yaz
        • Anonim
          Şemkirli · 26 İyun 11:3910

          Niyə kusmusduz ay Daglar Qizi indi yaxsi oldum Siz necesiz yaxsidi her sey

          Cavab yaz
          • Anonim
            Esmer · 26 İyun 11:5400

            Can Boş ver .senen küslü qala bilmezdim ki )) Necesen İşlerin necedi ..

            Cavab yaz
            • Anonim
              Şemkirli · 26 İyun 22:3100

              Axşamınz xeir Cox sagolun Mende yaxsiyam,,islerde sukur yaxsidi esas odu serindi burda havalar, Ne vaxt gedirsiz vetene

  • Anonim
    ŞEMKİRLİ · 26 İyun 00:0310

    Salam dostlar

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 26 İyun 00:0320

    26 iyun bu gun silahli quvveler ggunudur Gunumuz eziz ve gozel olsun!

    Cavab yaz
  • Anonim
    &&& · 26 İyun 07:0802

    Hamıya Salam,necəsiniz kankişim və canım dostlarım?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 26 İyun 09:1113

      Canim menim geldiniz rayondan ? Necesen bəbişnən Mələk necediii? Özünn kef ehvalin necedi ? Bes niye bele tez geldiinn ? Mamangil necediler ?

      Cavab yaz
  • Anonim
    &&& · 26 İyun 07:2203

    Əsram kaş əvvəlki kimi yaza bilərdik o qədər sözlərim var ki

    Cavab yaz
  • Anonim
    &&& · 26 İyun 09:1803

    Kankişim nə rayon hələ getmemisem gedəndə yazacam sadece bularin elinden yaza bilmirem

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 26 İyun 09:3113

      aaa men ele bildim getmisenn aaaaa Ay daaa heyifff kas yazisa bilerdik eee danisardin nelerrr olduu.

      Cavab yaz
  • Anonim
    Şemkirli · 26 İyun 09:3910

    Salam dostlar bu gun Silahli Quveler Gunudu Butun herbicilermizi Qorusun Men ozumde esqerlikde Doyus bolgesinde olmusam Senger heyati nece cetindi hemde serefli,,Butun posda dusmen onunde duran Qardaslarmizi tebrik edrik Bayramniz Mubarek qardaslar

    Cavab yaz
    • Anonim
      Esmer · 26 İyun 10:1900

      Şemkirli balası mende tebrikıere qatılıram .butun herbicileri tebrik edirem .ve menim Herbici qohumlarım var onları da tebrik edirem ve onlarla fexr edirem her terefe gözellik qatan geyindikleri formanı .Şerefle geyinmeklerini arzu edirem .

      Cavab yaz
  • Anonim
    Zəhra · 26 İyun 12:4500

    Salam Aleykum. Bugün necəsiz???? Bayramınız da mübarək.

    Cavab yaz
  • Anonim
    Təmkin Səbirli · 26 İyun 13:1810

    işqaldan azad edək əraziləri sonra həmin gün Qələbə günü kimi Şuşada hərbi paradla qeyd olunsun Naxçivanla Azərbaycanı birləşdirək Mehri rayonu azad olunsun .Orduya xərclənən pullar bəslənən ümidlər özünü doqrultsun.Biz qüdrətli azərbaycan ordusu ilə qürur duya bilək....

    Cavab yaz
  • Anonim
    Bərbadam · 26 İyun 14:1300

    Ürəyim ağrıyır nə edim?

    Cavab yaz
    • Anonim
      Esmer · 26 İyun 15:4100

      Kardioluqa gedin))

      Cavab yaz
      • Anonim
        Bərbadam · 26 İyun 16:2700

        Gülməlidir?

        Cavab yaz
  • Anonim
    Bərbadam · 26 İyun 14:2000

    Ay Allah bezmişəm mən bu məni anlamayanlardan. ;(((. Niyə məni başa düşmürlər

    Cavab yaz
    • Anonim
      Esmer · 26 İyun 15:4200

      Sende öz bildyni et .sende onları başa düşme .mecbursan ki kimise başa salmaqa ...

      Cavab yaz
      • Anonim
        Bərbadam · 26 İyun 16:2700

        Bəli məcburAm başa salmağa. Radyo 7 dinləyirsiz.Mən indi dinləyib Ağlayıram. Və ağlaya ağlaya yazıram. O qədər pis olmuşam ki

        Cavab yaz
  • Anonim
    Şemkirli · 26 İyun 22:3600

    Esmer Siz Zehranin xetrne deydiz o yaxsi insandi dogurdan burda tanidigma gore cox deyerli insandi bele etmezdiz gerek Ay Daglar Qizi off off,,Yeri Gelmisken Hani Bu Cenubun Kuseyen Qizi Zehra xanim necesiz Axsamiviz xeir

    Cavab yaz
    • Anonim
      Zəhra · 26 İyun 23:0700

      Axşamınız xeyur Şəmkirli qardaşımm. Ayy qardaş hardan bildiz küsəyənəm. ??? Əsmər mənim xətrimə dəydi. Mən fikirləşirəmki Bərbadam nikli şərhçini mən hesab edirsiz?)). Düz hesab edirsiz. Pis idim biraz. Sağolsun Əsmər yaxşı yol göstərdi))))))). İndi mənə maraqlıdır görəsən şərhimi oxuyacaqsız.birdə yazmısız dəyərli insan. Mən həqiqətən dəyərliyəm?? Bura sadəcə sizə , Əsmərə, Aytənə görə yazıram. Yoxsa yazmaram. Çünki bu səhifəyə maraq qalmAyıb. Birdə Esranın statların oxumağa girirəm. Six bəlkəm havaya gələsiz Şəmkirli qardaşım. Ora maraqlı olur. Suallar olur.

      Cavab yaz
      • Anonim
        Şemkirli · 26 İyun 23:2400

        Zehra Maragli deyende cox tunluk yerdi deye hec oxumuram da VAllah orani Vaxtim olanda Size yaziram,Xanim Men uze xosa gelmek ucun insan Teriflemerem hec vaxt vAllah Siz Deyerli biri olmasaz demerem o sozu,,Burda tanidigma gore cox gozel ureyniz Var sade insansiz cox seyi ureyvize Salmayin bu dunya onsuzda yaranandan prablemle yaranib bos verin kececek her sey,,Kuseyen olduguvuzu ona gore dedim ki iki gundu men qesten Size salam yazmiram Sizde Mene yazmirsiz

        Cavab yaz
    • Anonim
      Zəhra · 26 İyun 23:0800

      Belə Şəmkirli bugün o ki var ağlamışam. Bəzən səbəbli bəzən səbəbsiz)))). Mən deyəsən dəli oluram ))

      Cavab yaz
      • Anonim
        Şemkirli · 26 İyun 23:1600

        Estafurllah qiz Sizə oldu dogurdan burda qebahet hecne yoxdu gedin nervipadolqa sakitdesdirici mualiceler etsin,,Hemde yaslada elaqedar ola biler Siz hele Cox Gencsiz Aylelide deilsiz duzdu ??

        Cavab yaz
      • Anonim
        Esmer · 26 İyun 23:2700

        Axşamın xeyr Zehra Necesen .niye deydim xetrine .men Calşıram burda hec kimin xetrine deymeyim .neki burda ele tanıdıqlarım insanlarında .Amma men sizin xetrinize deymedim .qaldı bayaqkı Şerhime men heqiqeten bilmedin sen olduqnu .belede ki xetre deyecek hecne demedim .sadece indi de deyrem .mecbur deyilsen ki kimise inandırasan her kesin oz fikri var .Ola bilsin men.ele düşnürem .amma evveler mende senin kimi idim calşrdım kimse başa duşsun .gordum ki yox .hec kim başa düşmek istemir .artıq oz yolumu gedrem kiminse .yolu ile yox .ve sozumu bir defe deyrem başa düşün düşür düşmyende .cehenneme düşmesin .artıq her kes özü ücündü .calış deyer verene deyer ver eyer men deyer verdyim insan mene qarşılıq vermirse .bir defelik silirem .bilimirem Zehra Belke xetrive deymişem .Eseblerim yerinde deyil Üzürlü say gözel .sen menen cox balacasan .eyer incitdimse bağlşla .sadece men Esebiyem .kecer .yeqin ki ...

        Cavab yaz
      • Anonim
        Esmer · 26 İyun 23:3100

        Mende bura Yazıramsa Sizler ücün yazıram Hec Gorsen Havaya Cox yazmıram Şou biznese cox yazmıram .yeqin ki memde size deyer verirem Deyer vermesem yazmazdım .Artıq Yazmaq Fikrinde yoxdu Cıxacam Buralardan da .Uzaqlaşacam .her yerden .

        Cavab yaz
    • Anonim
      Esmer · 26 İyun 23:1700

      Axşamın xeyr Şemkirli Balası Neynedim ki Zehraya deydim Xeyrine Acıqlama Vere bilersen ?

      Cavab yaz
      • Anonim
        Esmer · 26 İyun 23:3500

        Şemkirli Balası Menim Size Yazdqım Şerhi vermediler Amma Zehranın Xeyrine deymemişem men .Seni Risqi ele demeyin meniç Xetrime deydi .eslinde..

        Cavab yaz
      • Anonim
        Şemkirli · 26 İyun 23:4700

        Yox o gun gulmek sopetne gore Siz iki gun Yazmadiz oda pis oldu bunu uzatmayaq mence burda nese pis bir sey olmayib,,qaldi o serhi yazana VAllah mende bilmedim Zehra olduguni ince oxudum men kohne sopete gore Dedim,,,

        Cavab yaz
  • Anonim
    Şemkirli · 26 İyun 23:5800

    Esmer Soymemisdiz ki mene eseblesib,,Men imini Seni Cox aggilli xanim bildiyime gore Burda her Seyi Sene yazirdim(daha Sen deyecem sene Siz yox)))Menim Heyata en Qorxdugum sey kiminse Qelbine deyib Allah qarsinda gunah Qazanmaqdi Esmer Senede onu meslehet gordum ki incitmeyesiz bir birivizi,,Ne olub ki burda Sen usaqsanmi bu nenemekdi Sene yarasdirmiram bunlari men

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.