Tovuz rayon sakini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Vaqif küçəsində baş verib. Həmin küçədə yaşayan, 1983-cü il təvəllüdlü Həmzəyev Samir Faiq oğlu, alın, çənə və burun nahiyəsinin əzilmiş çapılmış çoxsaylı yaraları ilə xəstəxanaya gətirilib.
Yaralı ilkin izahatında həyətlərində yıxıldığını bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Milli.Az





