Cəmiyyət

ETSN: Sürüşmə zonasındakı vəziyyətlə bağlı 8 saatdan bir məlumat veriləcək

12 Oktyabr 2018 23:18
0 Şərh     Baxış: 1 049
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Badamdar qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki vəziyyəti nəzarətdə saxlayır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, nazirlik əməkdaşları hadisə yerindədirlər: "Nazirlik tərəfindən hər 8 saatdan bir sürüşmə zonası ilə bağlı məlumat veriləcək. Əhalini, təşkilatları xəbərdar edəcəyik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Trend-ə bildirib ki, sürüşmənin dinamikasında aktivlik davam edir: "Nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışır. Hər saatdan bir ərazidə müşahidələr aparılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.