Cəmiyyət

Smart tipli su sayğaclarında yaranan problemi necə həll etmək olar? - VİDEO

9 İyul 2018 21:59
1 Şərh     Baxış: 3 770

Smart tipli su sayğaclarından istifadə edən vətəndaşlar bu hal ilə tez-tez qarşılaşırlar. Kartdakı ödənişi sayğacın yaddaşına köçürən zaman sayğac koda düşür. Milli.Az bildirir ki, sayğacları koddan çıxarmaq üçün isə həmin ünvana mütləq "Azərsu" ASC-nin əməkdaşları gəlməlidir. Çünki prosesi yalnız onlar icra edə bilirlər.

Suraxanı rayon su kanal idarəsinin sayğacların istismarı, quraşdırılması və nəzarət qrupunun rəhbəri Sərvər Babayev deyir ki, sayğacların koda düşməsinə səbəbkar əksər hallarda vətəndaşların özləri olur..

Bəzən isə 25 gün və daha uzun müddətdə mənzilində olmayan abonentlərin də sayğacları koda düşür. Bu, mümkün subasma hallarına qarşı tədbir məqsədilə avtomatik həyata keçirilir. Bu halda vətəndaş quruma müraciət etmədən bir neçə saatlıq da olsa, özü suyu bərpa edə bilər. Ancaq suyun verilişinin mütəmadi bərpası üçün mütləq Azərsu-ya müraciət etmək lazımdır...

Sayğac koda düşən zaman 955 çağrı mərkəzinə məlumat verilməlidir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Smart tipli su sayğaclarında yaranan problemi necə həll etmək olar?

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    konullu · 10 İyul 01:3610

    955-e men bu gun zeng vurmuwam.karti saygaca yukleyende evveller ses kuylu yuklenirdi.indi ise hec bir reaksiya yoxdur.955 operatoru abune kodunu ve mobil nomremi goturdu ki.gun erzinde menimle elaqe saxlanilacaq.hele ki.hec bir kimse maraqlanmayib...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.