Smart tipli su sayğaclarında yaranan problemi necə həll etmək olar? - VİDEO

9 İyul 2018 21:59

Smart tipli su sayğaclarından istifadə edən vətəndaşlar bu hal ilə tez-tez qarşılaşırlar. Kartdakı ödənişi sayğacın yaddaşına köçürən zaman sayğac koda düşür. Milli.Az bildirir ki, sayğacları koddan çıxarmaq üçün isə həmin ünvana mütləq "Azərsu" ASC-nin əməkdaşları gəlməlidir. Çünki prosesi yalnız onlar icra edə bilirlər.

Suraxanı rayon su kanal idarəsinin sayğacların istismarı, quraşdırılması və nəzarət qrupunun rəhbəri Sərvər Babayev deyir ki, sayğacların koda düşməsinə səbəbkar əksər hallarda vətəndaşların özləri olur..

Bəzən isə 25 gün və daha uzun müddətdə mənzilində olmayan abonentlərin də sayğacları koda düşür. Bu, mümkün subasma hallarına qarşı tədbir məqsədilə avtomatik həyata keçirilir. Bu halda vətəndaş quruma müraciət etmədən bir neçə saatlıq da olsa, özü suyu bərpa edə bilər. Ancaq suyun verilişinin mütəmadi bərpası üçün mütləq Azərsu-ya müraciət etmək lazımdır...

Sayğac koda düşən zaman 955 çağrı mərkəzinə məlumat verilməlidir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Smart tipli su sayğaclarında yaranan problemi necə həll etmək olar?