Cəmiyyət

Təkbir gətirmək nə deməkdir?

17 Aprel 2018 21:45
0 Şərh     Baxış: 5 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dini mətnlərdə rast gəlinən "təkbir gətirmək" ifadəsi təkbir söyləmək, yəni "Allahü əkbər" cümləsini dilə gətirməkdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, "Təkbir" sözünün mənası "böyütmək, böyük saymaq" deməkdir. Yəni Allahı təsəvvürə gələn hər şeydən və hər bir qüvvədən böyük və uca bilmək. "Allahü əkbər" cümləsinin tərcüməsi də "Allah ən böyükdür" mənasını verir. Əlbəttə, buradakı böyüklük ölçü ilə bağlı fiziki nəhəngliyi ifadə etmir. Allah maddi deyil, ölçüsüzdür. Allahın böyüklüyü məcazi mənada qəbul edilir. Yəni Allah insan təsəvvürünə gələn hər şeydən və hər kəsdən daha güclüdür, daha hökmlüdür. Hər şey Ona tabedir və Ondan asılıdır. Hər kəsin gücü Onun gücü ilə müqayisədə cılızdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.