Səhiyyə

Professorumuz dünyanın ən nüfuzlu alimləri siyahısında!

25 Oktyabr 2024 15:31
Baxış: 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Stanford Universitetinin araşdırmasına görə dünyanın ən nüfuzlu alimləri siyahısına daxil edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, araşdırmaya əsasən dünyada müxtəlif elm sahələrində fəaliyyət göstərən 10 milyondan çox elm insanının fəaliyyəti dəyərləndirilib.

Nəticədə yalnız 2 % alim bu siyahıya daxil olmağa layiq görülüb.

Qeyd edək ki, Stanford Universitetinin tərtib etdiyi siyahı qlobal miqyasda elmi tədqiqatların qiymətləndirilməsi və alimlərin beynəlxalq arenada təsirinin müəyyən edilməsi sahəsində etibarlı bir referans mənbəyi kimi tanınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.