Qadın cinsi hormonları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hormonlar bioloji aktiv maddə olub, daxili sekresiya vəziləri tərəfindən ifaz olunur. Hormonların miqdarı qanda az olsa da, onların disbalansı orqanizmə cox böyuk təsir edir. Hormonal fonun qiymətləndirilməsinin vaxtında aparılması müəyyən xəstəliklərin erkən aşkarlanmasına şərait yaradır.
Qadınların müayinəsində hormonların rolu
Milli.Az hekimtap.az-a istinadən bildirir ki, qadınların sağlamlığının yoxlanılmasında əsas laborator müayinələrdən biri də qadın cinsi hormonlarının yoxlanılmasıdır. Bildiyimiz kimi, hormonal fon cinsi inkişafla yanaşı, orqanizmin bir çox sistemlərinə, maddələr mübadiləsinə, psixoemosianal fona təsir edir. Əsas etibarilə qadınlar cinsi hormonların laborator müayinəsinə aybaşıda baş vermiş hər hansı pozğunluq və ya hamiləliyin planlaşdırılması və yaxud yarımçıq hamiləliklər müşahidə edildikdə müraciət edirlər.
Hormonal disbalansın əlamətləri
Hormonal disbalans özünü bir çox əlamətlərlə büruzə verə bilər. Bunlara dəridə səpgilərin artması, saçların tez yağlanması, tökülməsi, tüklənmə, ödemlər, şişkinlik, dəridə quruluq, çəkinin artması, baş ağrıları, yorğunluq və s. göstərmək olar.
Cinsi hormonlar menstrual tsiklin dövrünə görə 2 qrupa bölünur:
1. Folikulyar faza hormonları
2. Lüteal faza hormonları
Qadınlarda əsas hormonal fonu estrogenlər, progesteron, lh, fsh, prolaktin, testesteron, DHEAS hormonları təşkil edir. Bu hormonların verilməsi menstrual tsiklin fazasından asılıdır.
Analizin nəticəsində yanlışlığa yol verməmək üçün analizin verilmə qaydasına düzgün əməl etmək lazımdır. Bildiyimiz kimi, analizlər səhər, acqarına verilməlidir. Bu zaman, həmçinin, sutka ərzində spirtli içki içmək, siqaret çəkmək, cinsi əlaqədə olmaq məsləhət görülmür.
Bundan başqa, fiziki yük və hər hansı dərman preparatının qəbulu yolverilməzdir. Xəstədən qan sakit vəziyyətdə gotürülməlidir.
Cinsi hormonların müayinəsi zamanı qan verdikdə xəstə aybaşı tsiklinin gününü, hamiləlik varsa, həftəsini, menopauzadadırsa onun baş vermə tarixini və hətta, hansısa hormonal dərman və ya antibiotik qəbul edirsə, bildirməlidir.
Yuxarıda dediyimz kimi, hormonlar aybaşı tsiklinin müəyyən vaxtı verilməlidir. Məsələn, FSH LH PRL aybaşının 3-5-ci günü verilir. Ovulyasiyanı izləmək ucun LH hormonu tsikl ərzində bir neçə dəfə verilməsi tövsiyə olunur. Testr DHEAS 8-10-cu gün, progesteron 21-22-ci gün verilməlidir. Əgər aybaşı pozğunluğu varsa, o zaman E2 və progesteron tsikl ərzində bir neçə dəfə verilir.
Hormonal balansa təsir göstərən digər faktorlar
Dərialtı piy qatı cinsi hormonların balansında mühüm rol oynayır. Piy toxumasında estrogenlər sintez olunur və piy toxuması həddindən artıq inkişaf etdikdə piylənmə zamanı qanda estrogenlər artır, hormonal balans pozulur və aybaşı pozğunluğu meydana gəlir. Ona görə də piylənmədən əziyyət çəkən şəxslərdə klimaks dövründə qanaxma çox olur .
Klimaks - qadınlarda fizioloji proses olub, hormonal yerdəyişmənin baş verməsi ilə müşayiət olunur. Bu dövrdə xəstənin hormonal vəziyyətini qiymətləndirmək üçün estrogenlər FSH LH analizləri müayinə olunmalıdır. FSH menopauza dərəcəsini müəyyən etmək üçün vacib olan müayinə hesab edilir.
Hormonların düzgün müayinəsi xəstəliyin diaqnostikasında və müalicənin təyin edilməsində əsas rol oynayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
XƏBƏR LENTİ
-
“Əqrəb mövsümü”ndəki öpüşmə səhnəsinə görə peşmandır
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu





