Cəmiyyət

Bakıda 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib - 100 minlik mənimsəmə - VİDEO

27 Mart 2018 21:14
0 Şərh     Baxış: 2 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Taksi xidməti göstərmək istəyən 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib. Onları minik avtomobili kirayə vermək adı ilə aldadaraq külli miqdarda pullarını alıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 200 nəfərə yaxın adamı aldadaraq 100 min manata yaxın pul mənimsəyiblər.
Saytlardan birində taksi fəaliyyəti göstərmək üçün minik avtomobillərinin kirayəyə verildiyi haqda elan yerləşdirilib. Şərtlərdə də qeyd edilib ki, 48 ay ödənişdən sonra maşın sürücüyə qalacaq. Elanı görən 200-ə yaxın vətəndaş da həmin şəxslə əlaqə saxlayıb və razılığa gəlib, tələb edilən məbləğlər də ödənilib.
Hətta kirayə maşın götürmək istəyən insanlar İlqar İsmayılov küçəsində yerləşən ofisə dəvət edilib və orada onlara 2 maşın göstərilib. Bu yolla da 200-ə yaxın vətəndaş aldadılıb.Vətəndaşlara verilən nömrələrə isə zəng catmır.
Aldadıldıqlarını bilən şəxslər polisə müraciət ediblər. Onlar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət edilərək izahatları alınıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib - 100 minlik mənimsəmə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.