Cəmiyyət

Bayıl sürüşmə sahəsində təhlükə qalmaqdadır - VİDEO

27 Mart 2018 21:02
0 Şərh     Baxış: 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bayıl yamacında teleqüllə sürüşmə sahəsində təhlükə hələ də qalmaqdadır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ərazi nəzarət altında saxlanılır, mütəmadi olaraq ölçmələr aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun sözlərinə görə, hazırda prosesin dinamikası öyrənilir.

Yamacdakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün isə hazırda hazırlıq işləri görülür.

Nazirlik rəsmisi qeyd etdi ki, bu tədqiqatlar zamanı ərazinin bir sıra sahələrində müxtəlif dərinlikdə olan quyular qazılacaq və süxur nümunələri götürüləcək.

Tədqiqatların davamlı olaraq bir necə ay davam etməsi planlaşdırılır. Araşdırmanın nəticəsində sürüşmənin baş vermə səbəbi, prosesin dinamikası ilə bağlı daha dəqiq məlumatlar əldə ediləcək.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bayıl sürüşmə sahəsində təhlükə qalmaqdadır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.