Cəmiyyət

"Günbəzli hamam"ın bərpadan sonra açılışı olub - VİDEO

26 Mart 2018 22:17
Baxış: 1 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"İşğal olunmuş torpaqlarda Azərbaycanın tarixi memarlıq abidələri, bizim mirasımız müflisləşərək qalır".

Milli.Az bildirir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. O bildirib ki, ərazidə gedən proseslər abidələrin qorunmasına, bərpasına, mühafizəsinə imkan vermir.

Nazir bildirib ki, işğal olunan ərazilərə faktaraşdırıcı missiyaların gəlməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət edilib. Lakin işğalçı siyasət həyata keçirən Ermənistan tərəfindən bu missiyaların baş tutması üçün əngəllər törədilir.

Əbülfəs Qarayev hamçinin qeyd edib ki, İçəri şəhər və Qobustan UNESCO-nun inciləri siyahısındadır. Hazırda Şəki və Naxçıvanla bağlı növbəti nominasiya hazırlanır.

Bu arada ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bərpa edilmiş Qubadakı tarixi Gümbəzli hamamın açılış mərasimi keçirilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə birgə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib. Qonaqlar bərpa edilmiş bina ilə tanış olublar. İkigümbəzli hamam bişmiş qırmızı kərpiclə XIX əsrdə inşa edilib. Ötən əsrin 80 illərinə kimi fəaliyyət göstərib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.