Cəmiyyət

Toy etmədən, yalnız kəbin oxutdurmaqla evlənmək olarmı?

22 Mart 2018 22:05
3 Şərh     Baxış: 1 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toy etmədən, yalnız kəbin oxutdurmaq və dövlət qeydiyyatından keçməklə evlənmək olarmı?

Müsəlman şəriətinə görə, ailə quran zaman vacib olan şərt kəbin kəsdirmək və kəbinin şərtlərinə əməl etməkdir. Toy etmək, yığıncaq hazırlamaq, adamları qonaq çağırmaq vacib deyil. Amma bunlar da müstəhəb bilinir Ümumiyyətlə, İslam dinində bir neçə halda israfsız ziyafət vermək və insanları ziyafətə çağırmaq müstəhəb sayılıb.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu hallardan biri də izdivacdır. Əvvəla, toy yığıncağında qohumlar bir araya gəlirlər, uzun müddət bir-biri ilə görüşməyən şəxslər canlı ünsiyyətdə olurlar, bununla da İslamın əsas göstərişlərindən olan "sileyi-rəhim" isra edilir. İkinci müsbət cəhət budur ki, toy vasitəsilə izdivac elan edilmiş olur. Bununla da iki nəfərin məhrəm münasibətinə kənardan xəbərsiz adamların pis baxmaq ehtimalları yox olur, gələcək övladın məhz qanuni yolla doğulduğu yaddaşlarda qalır. Bununla belə, maddi imkanı olmayan, yaxud hər hansı başqa səbəb üzündən toy etmək istəməyən şəxslərin yalnız kəbin və dövlət qeydiyyatı ilə kifayətlənmələri icazəlidir və bu cür izdivac tam qanuni sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.