Cəmiyyət

Körpələrə hansı meyvələr verilməlidir?

10 Mart 2018 22:05
3 Şərh     Baxış: 1 698

İlk 6 aylığında ana südü alan körpələr daha sonrakı 6 aydan əlavə qidalar qəbul etməyə başlayırlar, başqa sözlə, analar bunu təmin edirlər.

Bəs körpənin hələ yeni inkişaf etməkdə olan həzm sistemini məcbur etməyəcək və allergik reaksiya verməyəcək meyvələri necə bilməli, necə təin etməli? mütəxəssislər körpələr üçün hansı meyvələrin uyğun olduğu mövzusunda aşağıdakıları tövsiyə edirlər.
Meyvələr özlərində olan təbii şəkər qaynağına görə, həm asan həzm üçün, həm də aclığı aradan qaldırmaq üçün çox qidalardır. Odur ki, faydalı qida olaraq əsas paydan çox ara müddətlərdə qəbul edilir.

İlk meyvələr hansılar verilməli?

Milli.Az anaveusaq.az-a istinadən bildirir ki, körpələrə ilk olaraq seçilən meyvələr sadə, allergik xüsusiyyəti olmayan meyvələr verilməlidir, onların həzmi də uşaq üçün asan olmalıdır. Bu, mövsümünə görə alma, şaftalı, ya da armud ola bilər. Meyvə seçiminə mövsümə uyğun meyvə ilə başlanması əhəmiyyətlidir.
Meyvə püresinə üstünlük verin, bu, səhər- günorta arası, yəni saat 10.00-10.30 kimi daha münasibdir.
Günə bol suda yaxşı yuyulmuş, qabıqları soyulmuş və rəndədən keçirilmiş bir dilim meyvə püresi ilə başlanır, günlər içərisində bu dilimlərin miqdarı artırılır: 4-5 günün sonunda körpə ortaboy bir meyvəni tam yeyə bilir. Allergiya və mədə-bağırsaq sistemində problem yaşanarsa, həmin meyvə kəsilir. 1-2 ay sonra təkrar verilə bilər.

Meyvə pürelərinə şəkər, bəhməz əlavə edilir. Meyvə yeməkdə çətinlik çəkən körpələr üçün meyvələr qatıq içində verilə bilər.

Hansı meyvə necə təsir edir?

Çiyələk, kivi kimi allergiya potensialı yüksək qidalar uşaqlara 1 yaşından əvvəl verilməməlidir.
Naringi və portağal, mədədə yanma və qaz problemlərinə səbəb ola biləcəyindən 7-8 aylardan sonra verilə bilər. Qəbizlik problemi olan körpələrdə banan qəbizliyi daha da artıra bildiyi üçün mümkün qədər istifadə edilməməli, belə körpələrə üzüm, ərik, armud kimi meyvələr meyvə suyu kimi deyil, öz təbii şəklində verilməlidir.

Meyvə suyuna diqqət!

Meyvə suları şəkər mübadiləsində qeyri-sabitliyə, nizamsızlığa səbəb ola biləcəyindən və diş çürümələrinə səbəb ola biləcəyinə görə, uşaqlara meyvə suyundan daha çox, əvvəldə dediyimiz kimi, meyvənin özünü verməniz tövsiyə olunur.

1 yaşından sonra hansı meyvə?
1 yaşından sonra uşaqların əllərinə böyüklərin diqqətində olmaq şərti ilə dilim meyvələr, 2-3 yaşlarından sonra isə quru meyvələr də (quru əncir, quru ərik) verilə bilər.

Bananlı düyü unu püresi

Lazım olan ərzaqlar:

- 100ml su
- 100ml süd
- 3 şirinçay qaşığı düyü unu
- 1 şirinçay qaşığı ağ şəkər, ya da bəkməz
yarım banan (ya da 1 ədəd yerli banan)
Ocaqda bişirilir, ocaqdan gğtürüldükdən sonra içinə banan rəndələnir.    Su və süd qarışığı yerinə uşaq yeməkləri ilə də hazırlana bilər.
 
Quru meyvəli yulaf əzməsi (1yaşdan yuxarı uşaqlar üçün)

- 3-4 yemək qaşığı yulaf əzməsi
- 150 ml süd
- quru meyvələr (2 ədəd quru ərik, 1 ədəd əncir, 1yemeək qaşığı quru üzüm)
- 2 şirinçay qaşığı xırda çəkilmiş qoz

Axşamdan bu meyvə qurulrını azca süd içində saxlayın və yumşalmasını təmin edin. Daha sonra bu quru meyvələr qarışdırıcı ilə yaxşıca əzin. Yulaf əzməsi və süd qaynadın və ocaqdan götürdükdən sonra qapağı bağlayaraq 2-3 dəqiqə dəmlənməsi üçün gözləyin.
Üzərinə qoz, quru meyvə qarışığı da əlavə olunur.

Meyvəli pancake (1.5-2 yaşdan yuxarı uşaqlar üçün)

- 2 yumurta
- 1 su stəkanı süd
- bir qədər un
- kiçik olaraq doğranmış meyvə qarışığı (armud, banan, ərik, şaftalı, alma ...)
- xırda-xırda çəkilmiş qoz

Yumurta və süd qarışığına boza halına (ayran kimi bir işki ) gələnə qədər un əlavə olunur, yağsız tavada üstü - arxası bişirilərək blinçik hazırlanmış olur.
Nazik yumşaq yuxa kimi edərək içinə təzə meyvələrdən ibarət olan qarışıq qoyun, üzərinə qoz səpin, istəyə görə, bal ya da bəkməz ilə də dadlandırıla bilərsiniz.
Dürüm halına gətirildikdən sonra bıçaqla incə-incə kəsərək süfrəyə qoyun.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Taleh · 10 Mart 23:3801

    İki yas yarım usaqa hər gün apelsin vermək düzgündür mən hərgün verirəm xaiş edirəm cavab yazın

    Cavab yaz
    • Anonim
      saray qesebesi · 11 Mart 01:1220

      Men size meslehet gormezdim her gun vermeyi.her ehtimala qarsi her gun vermeyin .arada fasileler edin.allergiya yaradan meyvedir.Temamile beden yuklenir.Mutleq fasile verin.

      Cavab yaz
    • Anonim
      - · 11 Mart 17:1600

      Her gun vermesez yaxsi olar, amma yenede usaq hekiminden istesez meslehet ala bilersiz.apelsinde c vitamini coxdur, amma baska zererleride vere bilecek bir meyvedir.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.