Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Susuzluğumuzu necə yatıraq?
4 Avqust 2011 18:14
Baxış: 1 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ekspress" qəzetinin məlumatına görə, isti hava şəraitində su sərinlik və təravət bəxş edir. Təbii ki, mağazalarımızda müxtəlif çeşidli qazlı-qazsız, şirin sular satılır. Amma çoxları qızmar havada hansı suların susuzluğun yatırılmasına xidmət etdiyindən xəbərsizdir.
23 yaşlı Ramil Ramazanlının sözlərinə görə, "Kola" və ya "Pepsi" içməyə üstünlük verir. "İsti havada soyuq "Kola"nın, "Pepsi"nin yerini heç nə vermir".
45 yaşlı Səidə Əliyarova isə adi qazsız və ya qazlı sulardan istifadə etdiyini deyir. "Şirələr, "Fanta" və "Kola" kimi içkilər susuzluğumu yatırmır. Həm də hamıya bəllidir ki, o içkilərə müxtəlif kimyəvi qarışıqlar əlavə edirlər. Bu da insan orqanizmi üçün təhlükəlidir".
Terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, isti hava şəraitinin insan səhhəti üçün yaratdığı təhlükəli vəziyyətlərdən biri də günvurmadır. "Günvurma vaxtı insan orqanizmi həddindən artıq çox tərləyir və bunun nəticəsində də kifayət qədər maye itirir. Tərləmə vaxtı orqanizm daha çox qızır, üstəlik havanın da isti olduğuna görə orqanizmdə assimilyasiya və dissimilyasiya prosesi gedir. Orqanizm həm enerjini itirir, həm də bərpa edir. İsti olanda orqanizm itirdiyi enerjini bərpa edə bilmir. Bu səbəbdən də bədən qızdığına görə, çoxlu miqdarda maye qəbul etmək lazımdır", - deyən həkim adi, qazsız mayedən istifadəni məsləhət görür.
Onun sözlərinə görə, isti hava şəraitində təbii meyvə şirələrinin qəbulu da müsbət nəticə verir. Əl ilə çəkilmiş təbii meyvə şirələri daha xeyirlidir, amma belə şirə əldə etmək mümkün olmadığı halda mağazalarda satılan hazır təbii şirələrdən də istifadə etmək olar. "Hazır şirələrə mütləq müxtəlif qarışıqlar qatırlar. Qazlı mayelər, "Kola", "Pepsi" kimi içkilərdən istifadə isə susuzluq hissini daha da artırır".
H.Mehdiyev qeyd edib ki, gün ərzində insan qidanın tərkibindəki maye ilə qarışıq 3 litr maye qəbul etməlidir. "Havaların istiləşməsi ilə əlaqədar isə 3 litrdən çox maye qəbulu labüddür. Ən azı orqanizm heç olmasa 2 litr maye qəbul etməlidir. Maye qəbulunda insanın çəkisinin, boyunun, yaşının da rolu var. Çəkisi çox olanlar arıq adamlara nisbətən daha çox su içməlidir".
Ramazan ayının isti havaya təsadüf etdiyindən, müsahibimiz oruc tutunlara da məsləhət verib. "Oruc tutan adam gün ərzində susuz qalır. İsti hava zamanı gün ərzində susuz qalan adamın birdən-birə çoxlu miqdarda maye içməsi düzgün deyil. Mayeni tədricən və hissə-hissə qəbul etmək lazımdır. Oruc tutanların gün altında olmağı, ümumiyyətlə məsləhət deyil. Çünki onlar gün ərzində qida və maye qəbul etmirlər. Bildiyiniz kimi, bu zaman suyu səhər tezdən və bir də axşam qəbul edə bilərlər".
H.Mehdiyevə görə, oruc tutanlar gün ərzində susuzluq hissindən çox əziyyət çəkməsinlər deyə, quru və susuzluq hissi yaradan qidalar qəbul etməməli, duru yeməklərə üstünlük verməlidir. Yaxşı olar ki, bu zaman qaynadılmış adi su içsinlər. Limonlu su susuzluq hissini yatırsa da, bəzi hallarda əks nəticə verir. Misal üçün, mədəsində problem varsa, səhər tezdən limonlu suyun içilməsi susuzluq hissini gün ərzində artıra bilər. "Ona görə də, ən yaxşısı adi təbii və ya qaynadılmış sudan istifadə etməkdir. Mineral suların səhər vaxtı istifadəsi də gün ərzində susuzluğa səbəb ola bilər. Bu sulara qaz vurulur. Qazlı su isə yanğı hissini daha da artırır. Belə ki, onların tərkibində soda, karbohidratlar olur, bu da susuzluq hissinin çoxalmasına gətirib çıxarır. Lakin qazlı suların axşam vaxtı, iftardan sonra qəbulu qorxulu deyil".
Onun dediyinə görə, isti aylarda limonlu sudan, çaylardan, xüsusi ilə də yaşıl çaydan istifadə etmək orqanizm üçün müsbət nəticə verir. Həkim yay vaxtı spirtli içkilərdən istifadənin çox təhlükəli olduğunu bildirir. "Spirtli içki özü də orqanizmi qızdırır. Spirtli içki qəbul edən daha çox maye itirir. Bu zaman adam çox tərləyir və orqanizmdə maye azalmağa başlayır. Çox tərləyəndə də çox maye qəbul etmək lazımdır", - deyən müsahibimizin sözlərinə görə, qızmar havada araq və bir az ondan güclü içkilərin qəbulunun fəsadları daha ağırdır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır